Vüqar Nadirov: "Qarabağ"a qayıtmağı özüm də çox istəmirdim" - MÜSAHİBƏ

04.01.2016 | 3385 dəfə oxunub

"İnter"in yeni transferi, Azərbaycan yığmasının hücumçusu Vüqar Nadirovun müsahibəsini təqdim edirik:

- "İnter"ə keçidinizlə bağlı nə deyə bilərsiniz?
- Bu klubla mövsümün sonunadək müqavilə imzaladım. Ümid edirəm ki, transferim uğurlu alınacaq. Özümü göstərməyə çalışacağam. Bu klub məni çoxdan idi sıralarında görmək istəyirdi. Sonuncu dəfə mən seçimimi "Qəbələ"nin xeyrinə etmişdim.

- Düşünmürsünüz ki, həmin vaxt səhvə yol vermişdiniz?
- "Qəbələ"yə keçidimi səhv hesab etmirəm. İstənilən futbolçu belə aqibətlə üzləşə bilər. Artıq bütün olanları unutmağa və özümü yeni komandamda yaxşı tərəfdən göstərməyə çalışacağam ki, Azərbaycan millisinə qayıdım.

- Niyə "Qəbələ" karyeranız elə alındı?
- Mən oynamaq istəyirdim, amma şans vermədilər. Baş məşqçinin öz baxışları var idi. Görünür, onun oyun üslubuna uyğun deyildim.

- Bəs maliyyə baxımından bu kluba keçidiniz sizin üçün nə dərəcədə uğurlu oldu?
- Ölkədə baş verənləri nəzərə alsaq, şikayətlənməyə dəyməz.

- Ötən ilin sonunda "Qarabağ"a qayıdacağınıza dair xəbərlər dolaşırdı...
- Belə bir variant yox idi. Bunu heç özüm də çox istəmirdim. Yəqin ki, bunu istəyən azarkeşlər, insanlar var idi. Ona görə də belə xəbərlər yayılmışdı.

- Yeni komandanız turnir cədvəlində "Qəbələ"ni qabaqlayır...
- Mövsümün qalan hissəsi çox çətin olacaq. "İnter"ə uğurlu çıxışını davam etdirməyə kömək etmək istəyirəm. Mənimlə yanaşı, Kamran Ağayev də bu kluba keçib. Fikrimcə, Premyer Liqada rəqabəti gücləndirə bilərik.

- "Qarabağ"la çempionluq uğrunda mübarizə aparmağınız mümkündür?
- 8 xallıq fərq çox böyükdür. Amma qarşıdakı oyunlardan çox şey asılıdır. Fikrimcə, mövsümün qalan hissəsi çox maraqlı olacaq. (azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail