Muarem Muarem: "Allah eləsin ki, "Qarabağ"dan yaxşı xəbər gəlsin" - MÜSAHİBƏ

05.01.2016 | 5836 dəfə oxunub

"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Muarem Muaremin müsahibəsini təqdim edirik:

- Türkiyənin "Əskişəhərspor" klubundan ayrıldıqdan sonra sizin "Qarabağ"a qayıdacağınız gözlənildiyi halda, son günlərdə "İnter"ə keçmək üzrə olduğunuz iddia olunmağa başlayıb. Bu, doğrudanmı belədir?
- "İnter"dən heç kimlə görüşməmişəm. Bütövlükdə, xüsusi bir yenilik yoxdur. Yaxın iki-üç gün ərzində hansı komandaya keçəcəyimə aydınlıq gələcək.

- Maliyyə problemləri olan "İnter"dən təklif gəlsə, qəbul edəcəksinizmi?
- "İnter"in maliyyə problemləri var?

- Futbolçular son yarım ildə maliyyə problemlərindən az şikayətlənməyiblər...
- Ola bilər. Amma istənilən halda mən bu klubdan heç kimlə görüşməmişəm.

- Elə isə, bəs bu xəbərlər haradandır?
- Özüm də bilmirəm. Bircə onu bilirəm ki, "İnter" yenicə Vüqar Nadirovla müqavilə imzalayıb.

- Türkiyənin "Yeni Malatyaspor" klubuna keçdiyiniz bildirilsə də, sonradan Azərbaycandan bir komanda ilə razılığa gəldiyiniz üçün onların təklifini geri çevirdiyiniz xəbəri yayıldı...
- "Yeni Malatyaspor"a keçdiyim barədə xəbərləri mən özüm də mətbuatdan oxumuşdum. Halbuki, həmin vaxt heç bir klubla danışıq aparmırdım. Əslində, həmin komandada olan məşqçini çox yaxşı tanıyıram. Onun xoşuna gəlirəm və məni komandasında görmək istədiyini bildirib. Amma bunu klub rəhbərliyi ilə müzakirə etməmişik. Ona görə də "Yeni Malatyaspor"a keçdiyim barədə xəbərləri oxuyanda çox təəccübləndim.

- Azərbaycan klublarından hansı iləsə danışıq aparırsınız?
- Açığını deyim ki, "Qarabağ"dan xəbər gözləyirəm. Ağdam klubuna qayıtmaq istəyirəm. Amma hələ heç nə dəqiq deyil.

- Bəs "İnter"də keçmiş komanda yoldaşınız Vüqar Nadirovla birgə oynamaq istəməzdiniz?
- (gülür) Azərbaycanda "Qarabağ"dan başqa kluba keçməyi heç vaxt düşünməmişəm. Bu klub mənim üçün həmişə birinci yerdə olub.

- Ağdam klubuna keçidiniz rəsmiləşsə, yəqin ki, komandaya Antalyada qoşulacaqsınız...
- Yəqin ki. Allah eləsin ki, "Qarabağ"dan yaxşı xəbər gəlsin və Makedoniyadan birbaşa Antalyaya yollanım. Amma hələ baş məşqçi Qurban Qurbanovla, klub rəsmiləri ilə heç bir görüşüm olmayıb. Sadəcə, onlardan xəbər gözləyirəm.

- İndi "Qarabağ" daha geniş heyətə malikdir və rəqabət də böyükdür. Düşünmürsünüz ki, keçidiniz baş tutsa, əsas heyətə düşmək daha çətin olacaq?
- Bu, mənim üçün problem deyil. Əsas heyətdə oynamaq üçün çox yaxşı hazırlaşmağım lazımdır. Komandada rəqabətin güclü olması isə həm futbolçuların xeyrinədir, həm də komandanın daha ciddi uğurlar üçün mübarizəsi baxımından faydalıdır. "Qarabağ"ı yaxşı tanıyıram. Əminəm ki, tez bir zamanda əvvəlki formamı bərpa edə və komandaya kömək edə biləcəyəm. (azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail