Şəhriyar Rəhimov: "Yaxşı oynayıb xal itirdiyimiz oyunlar az olmadı" - MÜSAHİBƏ

10.01.2016 | 5157 dəfə oxunub

"Kəpəz"in müdafiəçisi Şəhriyar Rəhimovun müsahibəsini təqdim edirik:

- Komandanızın mövsümün ilk iki dövrəsindəki çıxışını necə qiymətləndirərdiniz?
- Heyət demək olar ki, yenidir. Komanda yayda formalaşıb. Qarşımızda duran əsas hədəflərdən biri ilk altılıqda yer almaq idi. Amma "Kəpəz"in nəticələri daha uğurlu alındı. Tədricən başa düşdük ki, daha yaxşı nəticələr qazana bilərik. Artıq avrokuboklara vəsiqə qazanmaq istəyirik.

- "Kəpəz" buna nail ola biləcək?
- İndidən nəyin necə alınacağını demək çətindir. Amma əminliklə deyə bilərəm ki, biz ilk dördlükdə yer almaq üçün əlimizdən gələni edəcəyik. Fikrimcə, "Kəpəz"in buna qadir potensialı var.

- 2015-ci ili beşinci pillədə başa vurdunuz. Daha yaxşı nəticəyə imza ata bilərdiniz?
- Bütövlükdə götürsək, 5-ci yer də bizim üçün pis nəticə deyil. Düzdür, daha üst pillələrdə yr ala bilərdik. İkinci dövrədə cəmi bir oyunda məğlub olduq. Amma ilin sonuna yaxın vacib xallar itirməyə başladıq. Buna baxmayaraq, vəziyyətimiz elə də pis deyil. Liderlər qrupundakı komandalardan cəmi 2-3 xal geri qalırıq.

- Hansı oyunlar yaxşı və ya pis mənada sizin üçün daha yaddaqalan oldu?
- Yaxşı oynayıb xal itirdiyimiz oyunlar az olmadı. Amma əksinə də oldu. Məsələn, biz AZAL-a qarşı Gəncədə zəif çıxış etdik. Qələbə qazansaq da, nəyə qadir olduğumuzu tam şəkildə göstərə bilmədik. Amma "Zirə"yə qarşı Gəncədə çox yaxşı oynadıq, gözəl futbol sərgilədik. Rəqib isə matçın son saniyələrində məğlubiyyətdən qaçmağı bacardı.

- Komandanızın aparıcı üzvü Dario Junior sağalana qədər sizin çətinliklərinizin davam edəcəyi təəssüratı yaranır...
- Əlbəttə, o, bizim üçün vacib oyunçudur. Amma "Kəpəz"in Dariosuz heç nə edə bilmədiyini demək də olmaz. Şübhəsiz ki, ciddi itkidir. Lakin biz onsuz da yaxşı oyun sərgiləyirik. Düzdür, qol vəziyyətlərindən yararlanmaq baxımından problemlər vardı, ona görə qələbə qazana bilmirdik. Bəlkə də Darionun yoxluğu ona görə belə hiss olunur.

- Geridə qalan yarım mövsüm ərzində üç qol vurmusunuz. Yəqin ki, heç vaxt bir komandada bu qədər qola imza atmamışdınız...
- Bəli, elədir. Əvvəllər ən çox AZAL-da 2 qol vurmuşdum. Şübhəsiz ki, qol vurmaq həmişə xoşdur. Amma əsas komandanın uğur qazanmasıdır.

- Premyer Liqamızın səviyyəsinin düşdüyünə dair fikirlərlər razısınız?
- Mən belə deməzdim. Əlbəttə, maliyyə baxımından komandalardan zəifləyənlər var. Reallıq belədir. Amma çempionatdakı rəqabətin gərgin olduğunu düşünürəm. Məsələn, ikinci yerlə altıncı pillədə qərarlaşan komandalar arasında cəmi altı xallıq fərq var.

- Azərbaycan yığmasında ən zəif mövqelərdən biri sol cinah müdafiəçisidir. Siz də klubunuzda məhz həmin mövqedə oynayırsınz. Sizcə, Robert Prosineçkinin niyə diqqətini çəkə bilmirsiniz?
- Nə deyə bilərəm? Qismət olacaqsa, məni də milliyə dəvət edəcəklər. İstənilən futbolçu ölkəsinin milli komandasında oynamağı arzulayır. Amma hazırda bütün diqqətim "Kəpəz"in oyunlarına yönəlib, yığmaya yox. (azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail