Şahin Diniyev: "Mən Əsgər Abdullayevlə danışmışam" - MÜSAHİBƏ

11.01.2016 | 4921 dəfə oxunub

"Kəpəz"in baş məşqçisi Şahin Diniyevin müsahibəsini təqdim edirik:

- Mövsümün qalan hissəsinə hazırlığınız necə gedir?
- Bu gündən etibarən Yevlaxda toplanışa başlamışıq. Burada paralel olaraq, əvəzedici komandamız da hazırlıq keçir. Yanvarın 13-də əvəzedici heyətlə yoxlama oyunumuz olacaq. Ayın 17-də daha bir sınaq matçı planlaşdırmışıq. Amma rəqib hələ məlum deyil. Yanvarın 23-də "Neftçi", 26-da isə "Ağsu" ilə qarşılaşacağıq.

- Baxışa çağırdığınız ukraynalı yarımmüdafiəçi Vladimir Korobka barədə fikirlərinizi bilmək istəyərdik...
- Toplanışa yeni başladığımızı nəzərə alsaq, hələ onun hansı vəziyyətdə olduğu barədə fikir yürütmək tezdir. Bunu təxminən bir həftə sonra demək olar. Komandaya uyğunlaşması lazımdır. Onu iş başında görmək istəyirəm. Orta xəttlə bağlı problemlərimiz var. Ümid edirəm ki, faydalı oyunçu olacaq.

- Bəs bolqarıstanlı futbolçu Aleksandr Aleksandrovun "Kəpəz"ə keçəcəyi barədə xəbərlər nə dərəcədə doğrudur?
- Bizim klubdan onunla heç kim maraqlanmayıb. Gələcəkdə də bu bolqar futbolçunu almaq planlarımıza daxil deyil.

- Namiq Ələsgərovun da "Kəpəz"ə keçəcəyi bildirilir...
- Hazırda "Qarabağ"la danışıqlar davam edir. Futbolçu özü də istəsə, onu maya qədər icarəyə götürə bilərik. Yəqin ki, bu məsələyə sabaha qədər aydınlıq gələcək.

- "Kəpəz" daha hansı futbolçularla güclənməyi planlaşdırır?
- Böyük ehtimalla, başqa transferlər olmayacaq. Bunları reallaşdıra bilsək, transferlərimiz bitəcək. Məsələ burasındadır ki, yeni futbolçuların komandaya uyğunlaşması üçün çox az vaxtımız var.

- Manatın dəyərdən düşməsi sizin kluba necə təsir göstərib?
- Şübhəsiz ki, bu problem bizdən də yan keçməyib. 4-5 legionerimiz var ki, maaşını xarici valyuta ilə alırdı. Şübhəsiz ki, bu, müəyyən problemlər yaradır. Amma biz öz öhdəliklərimizi yerinə yetirəcəyik. Bizim başqa klublarda olduğu kimi, ikili müqaviləmiz yoxdur və heç bir futbolçumuz "Kəpəz"dən FİFA-ya şikayət edə bilməz.

- Yevlax toplanışı sizin imtina etdiyiniz Bakıdakı mini-turnirdən daha önəmlidir?
- Bu çox yaxşı turnirdir, biz də iştirak etmək istəyirdik. Amma bizim hazırlıq planımız dekabr ayından bəlli idi. Bu turnirin keçiriləcəyini ötən ay bizə desəydilər, planımızı da ona uyğun qurardıq. Bizim Bakıda bazamız və stadionumuz yoxdur ki, hazırlıq planımızda dəyişiklik edək.

- Yanvarın 23-də "Neftçi" ilə oyununuz var. Həmin gün Bakıdakı turnirdə də final görüşü olacaq. "Neftçi"nin həmin gün sizinlə oynayacağına əminsiniz?
- Mən Əsgər Abdullayevlə danışmışam. Planlarında heç bir dəyişiklik olmayacaq. Ayın 23-də saat 17:00-da bu komanda ilə oyunumuz olacaq. (azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail