"Həqiqətən də Bakıda qazandığımız 3:0 hesablı qələbədən sonra Rusiyada böyük ajiotaj oldu" - MÜSAHİBƏ

15.01.2016 | 2925 dəfə oxunub

21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Yaşar Vahabzadə müsahibəsi

- U-21 millimiz yanvarın 18-dən 28-dək Antalyada təlim-məşq toplanışında olacaq və beynəlxalq turnirdə iştirak edəcək. Bu yarış əvvəldən nəzərdə tutulmuşdu, yoxsa başqa variantlar da var idi?

- Yox, əvvəldən bu turnirlə bağlı planımız yox idi. Təşkilatçılar bizə təklif göndərdilər. AFFA rəhbərliyi də sağ olsun ki, yarışda iştirakımıza razılıq verdi.

- Komanda ötən il də Antalyada təlim-məşq toplanışında olmuşdu və yoxlama oyunlarında gücünü sınamışdı. Söyləmək olar ki, bu dəfə belə turnirdə iştirak yığmamıza daha faydalı olacaq?

- Təbii ki, bu turnirin komandamıza çox xeyri olacaq. Seçmə mərhələdə növbəti oyunumuzu martda keçirəcəyik. Həmin vaxta qədər hazırlıq üçün təqvimdə xüsusi vaxt yox idi. Bu səbəbdən də turnirdə iştirakın, oyunların komandamız çox faydası dəyəcək.

- Turnirin səviyyəsini necə qiymətləndirirsiz?

- Yarışda bizimlə yanaşı, Bəhreyn, Səudiyyə Ərəbistanı, Ukrayna, Albaniya və Türkmənistanın U-21 yığmaları mübarizə aparacaq. Maraqlı yarış olacaq. Turnir iştirakçıları zəif deyillər.

- Antalyaya aparacağınız heyəti hələ açıqlamamısız. Yeni adlar görə biləcəyik?

- Bəli, heyətdə yeni adlar olacaq. Futbolçuların bir qismi bizimlə birgə səfərə yollanacaq. Bir qismi isə komandaya elə Antalyada qoşulacaq. Hazırda Antalyada olan futbolçuların klubları ilə artıq danışıq olub. Onların yığmanın düşərgəsinə qoşulmasında heç bir problem olmayacaq.

- Yəni, heyətdə görmək istədiyiniz futbolçuların hamısı düşərgədə olacaq.

- Zədəliləri çıxmaq şərti ilə. Çünki Elşən Abdullayev, Orxan Əliyev, Fəhmin Muradbəyli hazırda zədədən əziyyət çəkirlər. Eləsi var ki zədəsi tam bərpa olmayıb, bəzisi bərpa dövrü keçir, məşqlərə yeni başlayıb. Bu səbəbdən də həmin oyunçulara dəvət göndərə bilmərik.

- “Antalya Cup”da millimizin məqsədi yalnız yeni oyunçuları sınamaq olacaq, yoxsa nəticə də vacibdi?

- Təbii ki, ilk növbədə oyunçulara baxacağıq. Amma nəticə də önəmlidi. Çünki hər komanda uğur qazanmaq istəyir. Buna görə də uğurlu nəticə qazanmağa da çalışacağıq. Antalyada məqsədimiz həm nəticə qazanmaq, həm də oyunçuları yoxlamaqdı.

- Komandanız növbəti rəsmi oyununu martda səfərdə Rusiyaya qarşı keçirəcək. Bakıdakı böyükhesablı yenilgidən sonra Rusiya millisində baş məşqçi dəyişikliyi oldu və aydın məsələdir ki, rəqib ikinci oyuna çox ciddi hazırlaşacaq. U-21 Bakıda olduğu kimi səfərdə də rusların əhvalını korlaya biləcək?

- Həqiqətən də Bakıda qazandığımız 3:0 hesablı qələbədən sonra Rusiyada böyük ajiotaj oldu. Komandada baş məşqçi dəyişikliyi baş verdi. Ruslar martdakı oyuna çox ciddi hazırlaşacaqlar. Amma biz də bekar dayanmırıq. Elə Antalyada keçirəcəyimiz hazırlıq da qarşıdakı matça hesablanıb. Futbolda hər şey ola bilər. Biz səfərdə də rusları məğlub edə bilərik, uduzmağımız da mümkündü. Sadəcə rusların bu qədər hay-küy etməsinə ehtiyac yox idi. Dediyim kimi, martdakı görüşə tam gücümüzlə hazırlaşacağıq. Təki zədəlilərimiz olmasın.(futbolxeber.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail