"İndiki halda istefa haqda düşünmürə" - MÜSAHİBƏ

21.01.2016 | 2367 dəfə oxunub

Maliyyə problemləri səbəbindən dağılma təhlükəsi ilə üz-üzə qalan “Rəvan”da vəziyyət ürəkaçan deyil. Komandanın baş məşqçisi Bəhmən Həsənov son durumla bağlı müsahibə verib: 

- Vəziyyət əvvəlki kimidir. Məşqlərimizə davam edirik. Heç bir gərginlik yoxdur. Hamı məşqə gəlir. Qapıçı Orxan Sadıqlını da heyətimizə cəlb etmişik. Əsas qapıçımız Kostyantin Maxnovski komandanı tərk edib.

- Orxan Sadıqlı ilə müqavilə imzalanıb?

- Orxan bu gün məşqdə iştirak edib. Onu baxışdan keçirməyə ehtiyac yoxdur. Daima əsas heyət oyunçusu olub. Yəqin ki, mövsümü bizimlə başa vuracaq.

- Kostyantin Maxnovski klubdakı maliyyə probleminə görə komandanı tərk etdi?

- O, əslində maaşını alırdı. Yəqin ki, başqa təklif alıb. Maxnovski “Rəvan”a gələndə bizə bildirdi ki, heç yerdən təklif almamışam, gəlim mövsümün sonuna qədər oynayım. Gedirsə, biz nə edə bilərik? Yəqin ki, başqa klubdan yaxşı təklif alıb. 

- Baxışda olan futbolçularla bağlı nə qərara gəldiniz?

- Gürcü futbolçu ilə vidalaşdıq. Bəzi gənc oyunçularla razılaşmışıq. Əvəzedicilərdən altı futbolçu götürmüşük. Onlar hazırda bizimlə məşq edirlər. 

- Bildiyimizə görə, aşağı yaş qruplarına rəhbərlik edən məşqçilərin əksəriyyəti “Rəvan”ı tərk edib. Yəqin bu komandalarla çalışırsınız.  

- Ən çox diqqətdə saxladığım U-19 və U-17 komandalarımızdır. Daima onların məşqini izləyirəm, oyunlarına gedirəm. Hər gün bazada oluram. Aşağı yaş qruplarına fikir verirəm. Bəli, bir neçə komandanın baş məşqçisi vəzifəsindən gedib. Ancaq onların əvəzinə başqa məşqçilər gəlib. Futbolçular məşqlərini davam etdirir. 

- Artıq Premyer Liqamızda fasilə başa çatır. Hazırkı heyətlə davam etmək nə dərəcədə asan olacaq?

- Nəyimiz var onlarla davam edəcəyik. Başqa variantımız da yoxdur. Bizim məqsədimiz Premyer Liqada qalmaqdır. Bundan əlavə gənc futbolçuların yetişdirilməsinə davam edəcəyik. Bunun nə dərəcədə alınacağını qarşıdakı oyunlar göstərəcək. Biz legioner ala bilmirik. Ötən ilin noyabr ayında iki portuqaliyalı futbolçu ilə danışmışdıq. Biri yarımmüdafiəçi, biri isə hücumçu idi. Dekabrda Bakıya gəlmək istəyirdilər. Ancaq məlum devalvasiyadan sonra klubda maliyyə problemləri yarandı. Nəticəsi də belə oldu. 

- Heç istefa barədə düşünmüsünüz?

- İki halda istefa verə bilərəm. Görsəm ki, artıq futbolçularda motivasiya yoxdur, yaxud da komandamız məqsədsiz çıxış edir işləməyimin heç bir mənası olmaz. Ancaq indiki halda istefa haqda düşünmürəm. Önəmli olan futbolçuların motivasiyasıdır. Onlara verdiyimi ala bilməsəm, həvəslərinin olmadığını görsəm, işləmərəm. Hazırda futbolçularımız həvəslə çalışırlar. Bu, onlara çox lazımdır. Gənclər bu mərhələni keçməlidir. Şükürlər olsun ki, bazamız, yaxşı meydançalarımız var. Futbolçular yeməklə təmin olunurlar. Maaşlar tədricən olacaq. Artıq yanvar ayının avansını almışıq. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail