Qurban Qurbanov: "Muaremə çətin olmayacaq" - MÜSAHİBƏ

24.01.2016 | 3142 dəfə oxunub

 "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edirik:

- Türkiyə toplanışı necə keçir?

- Bütövlükdə, pis deyil. Tədricən hər şey qaydasına düşür. Şikayətlənəsi nəsə yoxdur.

- Keçirdiyiniz iki yoxlama oyununda komandadan razı qaldınız?

- Futbolçular həmin oyunlarda özlərini yaxşı tərəfdən göstərə bildilər. Komanda öz üzərində çalışır. Baxmayaraq ki, hələ optimal formadan uzağıq. Premyer Liqanın üçüncü dövrəsinin üç-dörd turundan sonra bizə lazım olan oyunu sərgiləməyə başlayacağıq.

- Çumbinyonun gözlənilməz gedişi nə ilə bağlıdır: siz artıq legionerdən yaxa qurtarmağa qərar verdiniz, ya o özü Rahid Əmirquliyev transferindən sonra qalmaq istəmədi?

- Yunanıstan klubundan təklif gəldi. Biz də oturduq, danışıq apardıq və sonda futbolçu ilə yollarımızı ayırmaqla bağlı razılığa gəldik.

- "Qarabağ" braziliyalı futbolçunun satışından nə qədər qazandı?

- Bunu açıqlamaq düzgün olmazdı.

- Rahid Əmirquliyevlə Muarem Muaremdən razısınız?

- Hər ikisi yaxşıdır. Muaremə çətin olmayacaq. O, bizim necə futbol sərgiləmək istədiyimizi yaxşı bilir. Rahid üçün də problem olmamalıdır. Millinin üzvüdür, böyük təcrübəyə malikdir. Yaxın gələcəkdə o, daha faydalı olacaq.

- Manatın devalvasiyası və Əmirquliyev transferi olmasaydı, siz yenə Çumbinyo ilə yollarınızı ayırardınız?

- Onun gedişi manatın devalvasiyası ilə bağlı deyil.

- Maliyyə böhranı uzun müddət davam etsə, Reynaldo və Riçard Almeyda kimi aparıcı futbolçuları da yola salmağınızla nəticələnə bilər? Yəqin ki, onlar heç də az maaş almırlar...

- Hansısa futbolçunun gəlişi və ya getməsi indiki maliyyə vəziyyəti ilə əlaqədar deyil. Yadınızdadırsa, Reynaldo yayda xarici klublardan birinə keçməyə çox yaxın olsa da, zədəsi buna mane oldu. O vaxt maliyyə vəziyyəti yaxşı idi. Leyor Corcla Muarem Türkiyəyə getdi. Biz həmişə istəmişik ki, futbolçularımız daha güclü klublara, çempionatlara getsinlər. Xaricdə "Qarabağ"ı artıq mütəmadi izləyirlər. Artıq elə bir zaman yetişib ki, bizim də futbolçularımızı almaq istəyən klublar var.

- Əksər klublar ölkədəki böhrandan ciddi əziyyət çəkir. Bu baxımdan "Qarabağ"da vəziyyət necədir?

- Niyə şikayətlənməliyik ki? Bu, qlobal prosesdir. Əksinə, biz pulumuzu həmişə düzgün istiqamətdə xərcləməyə, əlavə xərclərdən qaçmağa çalışmışıq. Həyatda heç nə sabit olmur. Bu vəziyyətdən də düzgün istifadə etmək lazımdır. Çətinliklərə normal yanaşırıq. Baş verən olaylar bizim işimizə təsir göstərməməlidir. Lazım gəlsə, az maliyyə ilə də işimizi davam etdirəcəyik.

- Son iki mövsümdə Avropa Liqasının qrup mərhələsində oynamağınız klubunuzun maliyyə baxımından xeyli qazanc əldə etməsinə gətirib çıxardı. Sizə elə gəlmir ki, indiki böhran vəziyyətdə sizin növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağınız daha da yerinə düşərdi?

- Şübhəsiz ki, biz də bu barədə düşünürük. Hər uğurun öz qiyməti var. Ən azından elə imic baxımından ÇL-in qrup mərhələsinə çıxmaq böyük uğur sayılır. Amma bunun üçün öncə Premyer Liqadakı liderliyimizi qorumalıyıq. (Azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail