Tuyqun Nadirov: "Maksimum dərəcədə çalışırıq ki, klub yaşasın" - MÜSAHİBƏ

26.01.2016 | 3319 dəfə oxunub

Klublar Komitəsinin bugünkü iclasından sonra "Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov jurnalistlərin suallarını cavablandırıb. Brifinqdə klubla bağlı bir çox məqama aydınlıq gətirilib.

- "Xəzər Lənkəran”ın hazırkı durumu necədi?

- Hər şey qaydasındadı. Komanda çempionatın ikinci hissəsinə hazırlaşır. 6-7 aydı maaşların verilməməyi ilə bağlı xəbərlər yalandı. Düzdü, gecikmələr var. Amma elə ay olmayıb ki, futbolçular maaş almasın. Onların xərclərinin, problemlərinin olması aydındı. Biz oyunçulara bu yöndə kömək etməliyik.

- FİFA tərəfindən tətbiq edilən cərimə nə vaxt ödəniləcək?

- Həm dekabr, həm də yanvar ayında FİFA-nın İntizam Komitəsinə məktublar göndərmişik ki, bizə vaxt ayırsınlar. Futbolçuların vəkilləri və özləri ilə mütəmadi danışırıq ki, əlavə şikayət etməsinlər.

- Mübariz Mənsimovla klubdakı vəziyyətlə bağlı danışılıbmı?

- Burdakı problemlər əsas sponsordan qaynaqlanmır. Şirkətin bütün işləri qaydasındadı. Bu gün pul dövriyyəsində problem var. Bizə borclu olan şirkətlər pulu ləngidirlər. Həmin pullar qaytarıldığında hamısı "Xəzər Lənkəran”a xərclənəcək. Çünki başqa proyektimiz yoxdu. FİFA-ya 600 mindən çox borcumuz olsa da, bizə olan borclar 1 milyondan artıqdı. O borclar yığılsa, həm FİFA-nın borclarını ödəyərik, həm də futbolçuların mövsümün sonuna kimi olan maaşlarını verərik. Maksimum dərəcədə çalışırıq ki, klub yaşasın, aşağı yaş qrupları üzrə komandalarımız da çempionatlarda oynasın. Əsas komanda da normal şəkildə çıxışını davam etdirsin.

- Bildiyimizə görə, SOCAR-ın sizə 700 min manat borcu var...

- Bu barədə dəqiq məlumatım yoxdu. Bunu şirkətdə çalışan işçilər dəqiq bilərlər. Bəlkə bizim onlara borcumuz var. Başqa şirkətləri nəzərdə tuturam. Məsələn, bir marketlər şəbəkəsi var ki, bizə 300 min manat borcu var. Onları başa düşürəm. Çünki bu, ümumi vəziyyətlə bağlıdı. Bilərəkdən heç bir şey etmirlər. Bu, dövriyyə şəklində davam edən prosesdi.

- "Nar Mobile” ilə müqavilə ilə davam edir?

- Bəs futbolçuların kartlarına köçən pulları, vergiləri, digər xərcləri kim ödəyir? Bizə təkcə "Nar mobile” sponsorluq etmir. Bundan başqa "Atəşgah” sığorta şirkəti da sponsorluq edir. Yeni sponsorlarla müqavilə bağlanacaq.

- Komandadan qovulan və transferə çıxarılanların taleyi necə olacaq? Onlar bağışlanacaqmı?

- Əfsuslar olsun ki, onlar belə addım atdılar. Klubda daxilində həmin futbolçularla bağlı müzakirələr oldu. Qovulanların vərəqəsi verilib, transferə çıxarılanlar da vaxtını gözləyir. Hətta biri ilə bağlı da təklif almışıq. Transferlərə çıxarılanlara qoyulan qiymət indiyə kimi onlara çəkilən xərclərlə eynidi.

- Bu ayın sonuna kimi PFL-ə olan borclar ödənilməsə cəzalana bilərsiniz...

- Bizim AFFA-dan alacağımız verəcəyimizdən çoxdu.

- FİFA sizin futbolçulara pul ödəmədiyinizi görüb, xalınızı silməklə komandanızı cəzalandıra bilər...

- Bu, mümkündü. Hər şey ola bilər. Sizi inandırım ki, Azərbaycan klublarının 3-4-nün FİFA-ya bu cür borcu var. Onların içərisində ən az borc bizdədi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail