Rasim Ramaldanov: "Hələ ki, formada deyiləm" - MÜSAHİBƏ

27.01.2016 | 2294 dəfə oxunub

“Sumqayıt”ın yeni transferi Rasim Ramaldanovun müsahibəsini təqdim edirik:

- Yeni komandanda vəziyyət necədir?

- Artıq iki gündür ki, məşqlərə çıxıram. Futbolçuların hamısını yaxşı tanıyıram. Kollektivimiz yaxşı futbolçulardan ibarətdir. Çalışacam ki, tez bir zamanda öz formamı yığım və komandama kömək edim.

- “Sumqayıt”ın yerli futbolçulardan təşkil olunması bu klubu seçməyində  seçməyində rol oynadı?

- Əsas səbəb olmasa da, bu amilin də rolu oldu. Mənə oynamaq lazımdır. Düşündüm ki, “Sumqayıt”da özümü göstərə bilərəm.

- Altı aylıq müqaviləni klub sənə təklif etdi, yoxsa özün istədin?

- Özüm belə istədim. Altı ay oynayıb forma yığmaq istəyirəm. Qismət olsa, yayda bir illik müqavilə imzalaya bilərik. Əsas odur ki, tezliklə formaya düşüm.

- Yəni “Sumqayıt”da daha çox oynamaq fikrindəsən?

- Buna əsas klub qərar verməlidir. Hər şey yaxşı olsa, mən “Sumqayıt”a lazım olsam, əlbəttə ki, qalacam.

- Yenidən “Xəzər Lənkəran”a qayıdacağın haqda xəbərlər yayılmışdı. Elbrus Məmmədov  səni komandada görmək istəyirdi?

- Elbrus müəllim sağ olsun, məni komandaya çağırdı. Ancaq mən “Sumqayıt”ı seçdim. İstər-istəməz “Xəzər Lənkəran”la aramızda inciklik oldu. Hiss edirəm ki, seçimimdə yanılmıram. Yəqin ki, düzgün addım atmışam.

- Uzun müddətdir milli komandaya dəvət almırsan. “Sumqayıt”da oynamaqla Robert Prosineçkinin diqqətini çəkə bilərsən?

- Millidə oynamaq hər bir futbolçunun arzusudur. Əslində ötən mövsümün sonlarında “Xəzər Ləkəran”da özümü yaxşı tərəfdən göstərirdim. Formaya düşmüşdüm.  O zaman milliyə çağırılacağımı gözləyirdim. Ancaq təəssüflər olsun ki, dəvət gəlmədi.  Yenə də həmin formamı yığacam. Hiss edirəm ki, tezliklə milliyə dəvət alacam. 

- “Sumqayıt” bu mövsüm daha inamlı təsir bağışlayır. Yeni komandan haqda nə deyə bilərsən?

- Bəli, hamısı oynayan uşaqlardı. Döyüşkən komandadır. Belə kollektivlə yaxşı nəticə qazanmaq olar. Hamıda istək var. Bu, ən vacib şərtlərdən biridir.

- Komandaya uyğunlaşırsan?

- Bəli, uyğunlaşmaq sarıdan problemim yoxdur. Kollektivimizdə çox yaxşı əhval-ruhiyə var. Tezliklə mən də heyətdə yer alacağıma inanıram.

- Premyer Liqamızın növbəti turunda “Neftçi” ilə qarşılaşacaqsınız. Həmin oyunda meydana çıxa bilərsən?

- Yox. Hələ ki, formada deyiləm. Ancaq Komandamız tam hazırdır. Qələbə qazanmağa çalışacağıq. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail