Elnur Cəfərov: "Prosineçkinin məni qeyd etməsindən qürur duyuram" - MÜSAHİBƏ

29.01.2016 | 3812 dəfə oxunub

Azərbaycanın U-21 yığmasının və "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Elnur Cəfərovun müsahibəsini təqdim edirik:

- Türkiyə toplanışı və Antalya Kubokundakı çıxışınız barədə nə deyə bilərsiniz?
- Antalya Kubokunu qazanmağa layiq idik. Dörd oyuna dörd qələbə qazandıq. Cəmi bir qol buraxıb, rəqib qapılarından 13 top keçirdik. Azərbaycan komandaları nə vaxt belə uğura imza atmışdı. Bu, böyük nəticədir.

- Bəs buna necə nail oldunuz?
- Biz öz gücümüzə inanırdıq. Turnir ərzində çox inamlı çıxış etdik. Müdafiədə, yarımmüdafiədə, hücumda yaxşı oynadıq. Qələbə üçün nə lazımdır? Gənclərdən ibarət komandalarımızın belə inamlı çıxış etməsini xatırlamıram.

- Millimiz hətta rəqiblərindən bir oyun az keçirməklə turnirin qalibi oldu...
- Kosovo yığmasına qarşı oynamayacağımızı öncədən də bilirdik. Bu oyun həm siyasi məsələlərə, həm də Premyer Liqamızın bərpasına görə bizim planlarımıza daxil deyildi. Etiraf edim ki, hadisələrin belə cərəyan edəcəyini gözləmirdik. Çünki turnirdə Ukrayna və Albaniya kimi güclü komandalar iştirak edirdi. Amma sonda elə alındı ki, sonuncu oyunu keçirməyimizə heç ehtiyac da qalmadı.

- Bu qələbə sizin karyeranızda nə kimi yer tutur?
- Bu, mənim ilk belə uğurumdur. Artıq bir ildir gənclərdən ibarət yığmamızda oynayıam. Bir il ərzində az şeyə nail olmamışam.

- Sizin bu nəsil Azərbaycan futbolunu yeni səviyyəyə qaldıra biləcək?
- Niyə də yox? Çoxlu yaxşı futbolçumuz var. Onların bəzisi artıq indidən əsas millimizdə də rəqabət yarada bilər.

- Əsas millinin baş məşqçisi Robert Prosineçki qeyd edib ki, siz artıq yığmamızın üzvüsünüz...
- Prosineçkinin məni qeyd etməsindən qürur duyuram. Bundan sonra millinin toplanışlarında özümü daha yaxşı tərəfdən göstərmək üçün əlimdən gələni etməliyəm ki, onun etimadını doğruldum, komandamızın bir hissəsi olum. Əsas heyət oyunçusu olmaq istəyirəm.

- "Xəzər Lənkəran" sizi transferə çıxarıb. Nə etməyi düşünürsünüz?
- Təcili surətdə xaricə getməliyəm. Bu, mənim hədəfimdir. Bunu çoxdan istəyirdim. Amma görünür məhz indi vaxtdır.

- Sizin heç 19 yaşınız da tamam olmayıb. Sizdən daha yaşlı və təcrübəli futbolçularımızın xaricə getdikdən sonra möhkəmlənə bilməyib, vətənə dönmək məcburiyyətində qalması sizi qorxutmur?
- Xeyr, qorxutmur. Mən öz işimə məsuliyyətlə yanaşıram. Getsəm, daha da irəliləməyə, əldə etdiklərimlə kifayətlənməməyə çalışacağam. (azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail