Cavid İmamverdiyev: "Növbəti oyunlarda belə şansım olsa, mütləq dəyərləndirəcəm" - MÜSAHİBƏ

31.01.2016 | 2341 dəfə oxunub

“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev ötən gün Premyer Liqanın 19-cu turunun Sumqayıt”la oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Komandanız inamlı futbol sərgiləməsə də, qələbə qazandınız..

- Gərgin oyun keçdi. "Sumqayıt" güclü komandadır. Birinci hissədə kompakt oynaya bilmədik. Lakin ikinci hissədə yaxşı çıxış etdik. Qol şansımızdan maksimum yararlandıq və hesabı açdıq. Belə oyunlarda bir qol matçın taleyini həll edir. Komandamı qələbə münasibətilə təbrik edirəm. Növbəti oyunlara daha yaxşı hazırlaşacağıq.

- “Zirə” və “İnter” avrokuboklara vəsiqə qazansa belə, müəyyən səbəblərdən bu turnirə qatılamaya bilər.  Bu, “Neftçi”nin avrokuboklarda iştirak etmək ümidini artırır?

- Yox, biz ona ümid bağlamaq istəmirik. Öz oyunumuza baxırıq. Çünki "Neftçi" xalqın komandasıdır. Hər zaman yuxarı pillələrdə qərarlaşan komanda olub. Daha çox çalışıb Avroliqa və Çempionlar Liqasına vəsiqə qazanmaq istəyirik.

- "Neftçi" həqiqətənmi Çempionlar Liqasına ümid edir ?

- Əlbəttə, komandamız hər zaman çempionluq uğrunda mübarizə aparıb. Allahın işidir, bilmək olmaz. Ya çempion olub Çempionlaq liqasına, ya da ikinci yerin sahibi kimi Avroliqaya vəsiqə qazana bilərik.

- Bu gün göstərdiyiniz oyunla avrokuboklarda yaxşı nəticə əldə edəcəyinizi düşünürsən ?

- III dövrə yeni  başlayıb. Bir oyunla hər şey müəyyən olunmur. Qarşıdakı turlarda yaxşı çıxış edib, "Neftçi"nin adına layiq oyun oynayacağıq.

- "Sumqayıt" Antalyada, "Neftçi" isə Bakıda hazırlıq keçdi. Amma qələbə qazanan tərəf siz oldunuz. Bu, nəyəsə işarədir ?

- Mən belə deməzdim. İstəyirsən lap Amerikada hazırlıq keç, bunun fərqi yoxdur. Meydana çıxıb futbol oynamaq lazımdır. Əsas məsələ tablodakı nəticədir. Fikrimcə,  bizim üçün Bakıda hazırlıq daha yaxşı oldu. Hazırlıq prosesimiz əla keçdi. Baş məşqçimiz arada imkan verirdi ki, evimizə gedib ailəmizi görək. Mən istərdim ki, gələcəkdə də təlim-məşq toplanışlarını Bakıda keçək.

- İkinci hissədə qapıçı ilə təkbətək qalsan da  qol şansından yararlana bilmədin. Bunu həyəcanla əlaqələndirmək olar ?

- Həyəcanlandığımı deməzdim. Dəfələrlə belə epizodlar olub. Sadəcə, qapıçını görmədim. Mən topu saxlayanda  rəqib qapıçı artıq qarşımda idi. Növbəti oyunlarda belə şansım olsa, mütləq dəyərləndirəcəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail