Rail Məlikov: "Qarabağ"la oyunda şans bizim tərəfdə idi" - MÜSAHİBƏ

02.02.2016 | 2804 dəfə oxunub

AZAL-ın kapitanı Rail Məlikovun müsahibəsini təqdim edir:

- Əvvəlcə Topaz Premyer Liqasının 19-cu turunda “Qarabağ” üzərində qələbənizdən danışaq. Son iki ilin çempionunu nədə üstələdiniz?

- Son iki ildə Premyer Liqanın lideri olan komandaya qarşı oynayırdıq. Matça  yaxşı köklənmişdik. İlk dövrələrdə “Qarabağ” iki dəfə məğlub olmuşduq. İstəmirdik ki, bu seriya davam eləsin. Onu da qeyd etmək lazımdır ki, dünənki oyunda şans bizim tərəfdə idi.  Elə bir oyun idi ki, kim qol vursa, qələbə onun olmalı idi. Əslində rəqibin qol imkanı daha çox oldu. Yəqin ki, o fürsətlərdən birindən istifadə etsəydilər, məğlub olardıq.

- “Qarabağ”la oyuna qədər komandanız 5 oyuna 13 xal toplamışdı. Yəqin bu uğurlu nəticə də sizdə inam yaratmışdı.

 -Əlbəttə, mövsümün əvvəlində işlərimiz heç də yaxşı getmirdi. İlk beş turda qol da vura bilməmişdik. Hamı AZAL-ı kiçildirdi. Artıq sözlər danışırdılar. Deyirdilər ki, AZAL  bir xal da qazana bilməyəcək. Biz də o insanlara sübut etdik ki, AZAL əsl komandadır. Ancaq bir tətəfdən də həmin boş-boş danışan adamlara təşəkkür düşür. Çünki dırnaqarası futbol adamlarının sözləri bizə stimul verdi.  Qələbə qazandıqca inam daha da artır. Hələ ki, öz meydanımızda uduzmamışıq. Yəqin ki, qələbələrin ardı gələr.

- AZAL son 6 oyunda 5 qələbə qazanıb və 1 heç-heçə edib. Cəmi  1-2 legioner futbolçu ilə bu cür oyunlar nəyin nəticəsidir?

- İlk növbədə baş məqşçimiz Tərlan Əhmədov və  məşqçilər korpusunun əməyini qeyd etməliyəm. Biz bir ailə kimiyik. Bu, ən vacib şərtlərdən biridir. Komandaya yaxından bələd olanlar bilir ki, AZAL-da hər kəs bir-birinə necə hörmətlə yanaşır. Baş məşqçimiz ilk növbədə komandanı ailə kimi formalaşdırdı. İnamlı oyunumuz da qeyd etdiyim amillərin nəticəsidir.

Yəqin komandanız qış fasiləsindən də yaxşı yararlanıb.

- Bəli, “CBC Sport” kubokunda iştirak etdik. Orda yaxşı takitiki gedişlər, analizlər oldu. Komandamız çempionata tam hazır oldu.

- Maraqlıdır ki, Antalyada hazırlıq keçən “Qəbələ”, “Qarabağ”, “Sumqayıt” və “İnter” bu tur məğlub oldu. Ölkə daxilində hazırlaşan klublar isə qələbə qazandı.

- Yəqin ki, Azərbaycanda hazırlaşanlar daha düzgün hazırlıq keçib. Məncə, bu, əsas şərtdir. Qış fasiləsi elə də uzun çəkmir. Ona görə də təlim-məşq toplanışından düzgün faydalanmaq lazımdır.

- Əksər klublarımızda maliyyə problemi hökm sürür. AZAL-da isə bu çətinlik daha əvvəl yaranıb. Büdcənin aşağı olması komandanı ruhdan salmaz ki?

- Əksinə, bu cür şəraitdə futbolçu daha yaxşı oynayır. Düzdür, futbolda maliyyə önəmli məsələdir. Ancaq bura yığışmışıqsa, öz adımıza görə oynamalayıq. Büdcə az olsa da, maaşlar verilir. Həm də AZAL-a gələn əksər futbolçular pul üçün gəlməyib. Komanda belə yaxşı çıxış etsə, inanıram ki, klub may ayından sonra futbolçulara jest edəcək. Biz gələcəyə inamla baxırıq.

- Mövsümün əvvəlində baş məşqçiniz Tərlan Əhmədov bildirmişdi ki, AZAL Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. İndi hansı məqsədlər üçün çalışırsınız?  Artıq komandanızın avrokuboklara çıxmaq uğrunda mübarizə apardığını düşünmək olar?

- Bizim qarşımıza hansısa hədəf qoyulmayıb. Hələ mövsümün əvvəlində, ardıcıl məğlub olduğumuz vaxtlarda demişdim ki, AZAL kimi komandanın Premyer Liqada qalmaq uğrunda mübarizə aparması yaxşı hal deyil. Çünki AZAL köklü klublardan biridir. Məqsədimiz maksimum xal toplamaqdır. Hansı yeri tutmağımız qarşıdakı oyunlardan asılıdır.

- “Qarabağ” üzərindəki qələbə qarşıdakı oyunlara da müsbət təsir göstərəcəkmi?

- Hər qələbə komandada inamı artırır. “Qarabağ”la son beş oyundan birində qələbə qazanmışıq. Düzdür, bu cür komandaya qalib gəlmək daha xoşdur. İstərdim ki, komanda tək ötən oyundakı qələbəyə görə ruhlanmasın. Ümumi qələbə ruhu olmalıdır.(qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail