Andrey Popoviç: "Haqlı olaraq tənqid edirlər" - MÜSAHİBƏ

03.02.2016 | 3499 dəfə oxunub

"Qəbələ"nin qapıçısı Andrey Popoviçin müsahibəsini təqdim edirik:

- "Kəpəz"ə 0:3 hesablı məğlubiyyətdən sonra əhval-ruhiyyəniz necədir?
- Əlbəttə, mövsümün qalan hissəsinə belə start verəcəyimizi gözləmirdik. Qış fasiləsindən sonrakı birinci oyunda uğurlu çıxış etmək istəyirdik. Çünki yaxşı toplanış keçmişdik. Komandamız yaxşı oynamadı, mən də "kömək etdim".

- Məğlubiyyətdə özünüzü günahkar sayırsınız?
- Şübhəsiz. Buraxdığım səhvlərə görə özümə hesabat verirəm. Belə səhvlərə yol verdiyimi xatırlamıram.

- Oyundan sonra Roman Qriqorçuk sizə nə dedi?
- Bizdə oyundan dərhal sonra nəsə deyən olmur. Çünki matçdan sonra emosiyalar elə səviyyədə olur ki, kiməsə nəsə deyə bilmirsən. Baş məşqçi oyundan sonra hər kəsin əlini sıxdı, vəssalam.

- Öz ünvanınıza gələn tənqidləri necə qarşıladınız?
- Normal qəbul edirəm. Başa düşürəm ki, ilk dəfə səhv etmirəm. Haqlı olaraq tənqid edirlər. Hərdən elə olur ki, heç nə istədiyin kimi alınmır. Oyundan sonrakı gün də üzüm gülmədi. Bütün baş verənlərə görə təbii ki, çox üzülürəm.

- Əsas heyətdəki yerinizi itirməkdən qorxmursunuz?
- Kimin oynayacağına baş məşqçi qərar verir. Mənim 30 və ya 40 yaşım yoxdur ki, futboldan getməyimdən danışsınlar. Mənim heç 24 yaşım tamam olmayıb.

- Amma sizin bu klubun səviyyəsinə uyğun olmadığınızı deyirlər...
- Sosial şəbəkələrdə belə açıqlamalar oxumuşam. Xoşagəlməz fikirlərdir. Düşünürdüm ki, belə bir oyundan sonra məni dəstəkləyərlər. Amma əksinə, məni komandadan getməyə çağırırlar. Klubdan mənə desələr ki, komandanın səviyyəsinə uyğun deyilsən, getməyə hazıram.

- Düşünmürsünüz ki, "Kəpəz"lə görüşdə tək sizin yox, komanda yoldaşlarınızın da oyunu alınmadı?
- Komandanın oyununu müzakirə etmək mənim işim deyil.

- "İnter"lə oyunda vəziyyəti düzəldə biləcəksiniz?
- Hamımız ancaq bu görüşü düşünürük. Biz bu qarşılaşmada ayılmalıyıq. Hər kəs qələbəyə köklənib. (azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail