"Bəli, çempionatda Avrokuboka vəsiqə verən yerlər uğrunda oynayırıq" - MÜSAHİBƏ

04.02.2016 | 2387 dəfə oxunub

Bu gün doğum gününü qeyd edən “Kəpəz”in futbolçusu Elvin Cəbrayllı klubun rəsmi saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- Elvin, öncə səni təbrik edirik...

- Təbrikə görə minnətdaram. Doğum günümün klub tərəfindən qeyd olunması xoş sürpriz idi. Bu münasibətlə tortun kəsilməsi gözlənilməz oldu, Namiq Ələsgərovla doğum günlərimizin arasında bir gün fərq var. Tort bizə doğum günü hədiyyələrindən biri oldu (gülür). Ad günündə çoxluğu xoşlamıram, evdə adətən ailə üzvlərimlə qeyd edirəm. Çoxları buna görə mənə irad tutub qapalı adam gözü ilə baxır. Bilmirəm niyə beləyəm. 

- Doğum günü ilə bağlı xüsusi hədiyyə gözləyirsən? 

- Mənim üçün əsas hədiyyə “Kəpəz”in heyətində çempionat matçında debütüm və qazandığımız qələbə oldu. Doğrudan da yaxşı oynadıq. “Qəbələ” kimi komandaya qarşı layiqincə mübarizə aparmağımızı və üç qol vurmağımızı heç kim gözləmirdi. Rəqib mövsümün ikinci hissəsinə Türkiyədə, biz isə Yevlaxda hazırlaşmışdıq. Ona görə də kağız üzərində hamı onları favorit göstərirdi. Amma biz sübut etdik ki, qələbəyə layiq olan tərəf bizik. “Kəpəz” Premyer Liqada daha yuxarı yerlərə layiqdir. Bunun üçün də mübarizəmizi davam etdiririk.    

- Oyunun sonlarında meydana daxil olsan da, ab-havanı hiss edə bildin?

- Baş məşqçimiz Şahin Diniyev məni meydana buraxanda ilk anlarda həyacanlı idim. Stadionda möhtəşəm atmosfer vardı. Azarkeşlərimiz oyunu qızışdırmışdı. “Kəpəz”də ilk oyunumun olmağı və fanatların çılğın dəstəyi məni həyacanlandırmışdı. Amma oyunda uşaqların əzmkar mübarizəsini duyduqdan sonra hər şey yerinə düşdü. Azarkeşlərimiz Azərbaycanda bir nömrədir. “Kəpəz” ölkədə ən çox azarkeşı olan klubdur. 

- Yəqin ki, baş məşqçidən gələcək oyunlar üçün yenə şans gözləyirsən...

- Əlbəttə, öncə etimada görə Şahin müəllimə təşəkkür edirəm. Az oynasam belə meydana çıxdığım üçün sevincliyəm. Əgər yenə şans verilsə, əlimdən gələni edəcəyəm. Nə qədər oynamağımın və kimin oynamasının fərqi yoxdur. Əsas olan komandanın qələbəsidir. Məncə, düzgün yoldayıq, bunun da nəticəsini mövsümün sonunda görəcəyik. 

-   Avroliqaya vəsiqəni nəzərdə tutursan?

- Bəli, çempionatda Avrokuboka vəsiqə verən yerlər uğrunda oynayırıq. Oyunumuzla bunu sübut etməyə çalışırıq. İnşallah, mövsümün sonunda Premyer Liqanı arzuladığımız yerdə başa vurarıq. 

- Şahin müəllim haqda minimumdan maksimum əldə edən məşqçi kimi bəhs edirlər. Sən nə deyə bilərsən bu haqda? 

- Düz deyirlər, yeni yaranmış komandayıq. Şahin müəllim tez bir zamanda yığdığı heyətlə necə məşqçi olmasını bir daha sübut etdi. O, göstərdi ki, qısa vaxtda nəticə verməyə qadir mütəxəssisdir. Qismət olarsa, futbolçu kimi uzun illər onun rəhbərliyi altında oynamaq istərdim. İndi onun komandasında olduğum üçün xoşbəxtəm. Məşqçimizdən çox şey öyrənirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail