Branimir Subaşiç: " I Divizionda elə klublar var ki, futbolçuya 2 milyon dollar əmək haqqı verirlər" - MÜSAHİBƏ

08.02.2016 | 2751 dəfə oxunub

Bakıda səfərdə olan Azərbaycan milli komandasının əslən serbiyalı sabiq futbolçusu Branimir Subaşiçin "Report"a müsahibəsi

- Səfəriniz nə ilə əlaqədardır?

- Fevralın 8-də "Neftçi"də və yığmadakı sabiq komanda yoldaşım Aleksandr Çertoqanovun doğum günüdür. Onun 36 yaşı tamam olur. Gəldim ki, Çertoqanovu təbrik edim. Həm də Azərbaycanda bizneslə məşğul olan serbiyalı dostlarıma baş çəkəcəyəm.

- Azərbaycanda Sizin də biznesinizin olduğu deyilir...

- Xeyr, mənim biznesim yoxdur. Sadəcə, vaxtilə dostlarıma kömək edirdim. İndi manatın devalvasiyası ilə əlaqədar onların da işlərində müəyyən çətinliklər yaranıb. Problemləri müzakirə edib, çıxış yolları arayacağıq.

- Vaxtilə xeyli pulların dövr etdiyi Azərbaycan futbolunun hazırkı durumunu gördükdən sonra hansı hissləri keçirdiniz?

- Problem süni şəkildə yaradılıb. Səbəbi isə ABŞ - Rusiya münasibətlərindən doğur. Nəticədə neft gəlirləri azalıb ki, bu da Azərbaycanda manatın devalvasiyasına səbəb olub. Maddi sıxıntılar ölkə futboluna da təsirsiz ötüşməyib. Bəzi klubların üzləşdikləri çətinliklərdən xəbərdaram. Amma belə hallara hər bir ölkədə rast gəlinə bilər. Panikaya düşmək lazım deyil.

- Hazırda dünya transfer bazarında Çin hegemonluğu müşahidə olunmaqdadır. Vaxtilə Siz də bu çempionatda çıxış etmisiniz və "Çanqçun Yatay"ın heyətində gümüş medal qazanmısınız. Azərbaycanlı futbolçuların Çin Super Liqasına transferi nə dərəcədə realdır?

- Çinin 2 milyardlıq əhalisi var. Həm əhali sayında, həm də iqtisadi cəhətdən dünyada güclü ölkədir. Mən "Çanqçun Yatay"a gedəndə klubun 20 milyon dollar büdcəsi var idi. İndi isə ikiqat artıqdır. I Divizionda elə klublar var ki, futbolçuya 2 milyon dollar əmək haqqı verirlər. Hətta ərəb ölkələrinin çempionatından da üstün Super Liqaya malikdirlər. Hazırda Çin çempionatına düşmək real deyil. Çünki hər klubda 3 legionerə icazə verirlər. 5-6 legionerə icazə versəydilər, dünyada daha güclü olardılar.

- Bir neçə gün öncə Azərbaycan futzal yığmasının Serbiyada İtaliyaya 0:3 hesabı ilə uduzduğu Avropa çempionatında tribunada idiniz. Oyun Sizdə necə təəssürat yaratdı?

- Azərbaycan yığmasına dəstək olmağa getmişdim. Buna görə də azarkeşlər arasında idim. Oyun maraqlı keçdi. Qırmızı vərəqə olmasaydı, Azərbaycan millisi qələbə qazana bilərdi. Serbiyaya fevral 10-da qayıdacağam. Komandanız yarımfinala yüksəlsə, gedib yenə azarkeşlik edəcəyəm.

- Sabiq komanda yoldaşlarınızdan daha kimlərlə görüşürsünüz?

Rəşad Sadıqov, Ruslan Abışovla müntəzəm əlaqə saxlayıram. Bakıda olduğum müddətdə imkan tapıb görüşməyi planlaşdırıram. (report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail