Kanales: "Həm "Neftçi"də, həm də Azərbaycan futbolunda çox şey dəyişib" - MÜSAHİBƏ

15.02.2016 | 3876 dəfə oxunub

Nikolas Kanalesin "Neftçi" ilə mövsüm sonuna qədər müqavilə bağladığı barədə xəbər vermişdik. Stadium.Az "Neftçi"nin hücumçusu Nikolas Kanalesin müsahibəsini təqdim edir:

- Bu, sizin ölkəmizə üçüncü qayıdışınızdı. "Neftçi"yə olan bu sevgi haradandır?

- "Neftçi"yə ilk gəldiyim gündən bu klub mənim üçün doğmalaşdı. Mənim oyun planında işlərim yaxşı alındı. Burada mənə qarşı çox yaxşı münasibət var idi. Futbolçuya daha nə lazımdır? Mən "Neftçi"ni doğrudan da sevirəm. Düzünü deyim ki, özümü başqa Azərbaycan klubunda təsəvvür edə bilmirəm.

- Siz bu komandanı iki dəfə tərk etmisiniz və üçüncü dəfə geri dönmüsünüz. Bu dəfə necə olacaq?

- Ötən mövsümün sonuna klub rəhbərliyi mənə yaxşı təklif etmişdi. Buna görə onlara minnətdaram. Amma mövsümün sonu mənim üçün neqativ emosiyalarla yadda qaldı. Həm də klubda maliyyə baxımından qeyri-müəyyənlik var idi. Komandanın nə dərəcədə rəqabətədavamlı olacağını bilmirdim. Azərbaycandakı uğurlu karyeramın ardından başqa ölkələrdən təkliflər var idi. Şübhəsiz ki, mən özüm də yeni macəra istəyirdim. Bu üzdən də "Krılya Sovetov"un təklifini qəbul etdim. Rusiya Premyer Liqasında oynamaq şansı hər gün ələ düşmür.

- Azərbaycan futbolunda manatın devalvasiyasından sonra maliyyə şərtləri kəskin dəyişib. Bu dəfə "Neftçi" ilə maliyyə məsələsini müzakirə edərkən istədiyiniz pulu almağa nə dərəcədə nail oldunuz?

- Azərbaycandakı iqtisadi vəziyyətdən mənim də xəbərim var. Çünki futbolçu karyerası ilə bağlı qərar qəbul edərkən hər şeyi nəzərə almalı olur. Daha çox maliyyə şərtləri ön planda olsa da, daha vacib önəm kəsb edən digər məqamlar da az deyil. Mənim də bu dəfəki qayıdışımda əsas məqsəd çox pul qazanmaq deyil. Halbuki, maddi baxımdan daha sərfəli təkliflər irəli sürən klublar var idi. "Neftçi"yə qayıtmağımda klub rəhbərliyinin, məşqçilər korpusunun, mənə doğma olan komandanın qayıtmağımda maraqlı olması idi.

- Son yarım ildə oynamadığınızı nəzərə alsaq, hazırda hansı formadasınız?

- Necə yəni oynamamışam? Son yarım ildə tam olaraq məşq etmişəm və oyunlara da çıxmışam. Sadəcə, əvəzedici heyətdə oynayırdım. Özü də bütün oyunlarda. Rusiyada mövsümün ilk hissəsi bitəndən sonra ölkəmizə qayıtdım. Yeganə çatışmazlıq ondadır ki, mən bu qış fasiləsi zamanı toplanışda olmamışam. Amma tezliklə forma yığacağıma əminəm.

- "Neftçi"nin əsas hədəfi avrokuboklara vəsiqə qazanmaqdır. Komanda buna nail ola biləcək?

- Həm "Neftçi"də, həm də Azərbaycan futbolunda çox şey dəyişib. Mən hələ komandamın tam gücünü görə bilməmişəm. Ona görə də bu sualınıza ətraflı cavab verməkdə çətinlik çəkirəm. Amma şübhəsiz ki, komandamızın uğur qazanması üçün əlimdən gələni əsirgəməyəcəyəm.

- "Neftçi"nin "Xəzər Lənkəran"a qarşı oyununu canlı izlədiniz. Bu oyunla bağlı nə deyə bilərsiniz?

- Gördüklərimə əsasən deyə bilərəm ki, komanda çox dəyişib. Düzdür, komandamızın çox qol vəziyyəti olmadı. Amma müdafiə xəttində hər şey qaydasında idi. Yaxşı ki, qol vurduq, qələbə qazandıq. "Neftçi" son oyunlarda uduzmur. Bu, yaxşıdır. Fikrimcə, bundan sonra daha yaxşı olacaq.

- "Qarabağ"la oyunda meydana çıxmağınız mümkündür?

- Artıq məşqlərə başlamışam. Kimin oynayacağına isə baş məşqçi qərar verir. (Azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail