Tərlan Quliyev: "Maddi çətinliklərə görə oyunçu almaq da olmur" - MÜSAHİBƏ

15.02.2016 | 3520 dəfə oxunub

"Kəpəz”in müdafiəçisi Tərlan Quliyevin müsahibəsini təqdim edirik:

- Əvvəlcə Topaz Premyer Liqasının son turunda “Qarabağ”a uduzduğunuz oyun (1:2) haqda danışaq. Məğlubiyyətsizlik seriyanız dünənki görüşdə qırıldı.

- Rəqibimizin gücü hamıya məlumdur. Ancaq “Qarabağ”ın 2:1 hesablı qələbəsi haqlı nəticə olmadı. Düzdür, əvvəlcədən bilirdik ki, “Qarabağ”a qarşı asan oyun olmayacaq. Lakin udzmalı deyildik. İkinci hissə başlayanda rəqibin elə bir təhlükəli epizodu olmadı. Məncə, haqlı nəticə olmadı. 

- Hansı hesab haqlı olardı?

- 1:1 hesabı daha ədalətli nəticə olardı.

- “Qarabağ”ın bəxti gətirdiyini dünürsən?

- Əlbəttə. “Qarabağ”ın ikinci qolunda bəxt amili var idi. Çünki Əfranın topu künc zərbəsindən birbaşa qapıya göndərmək fikri yox idi.  Sadəcə, təsadüf nəticəsində top qapıya girdi. 

- Bəxt amilini qeyd etdin, ancaq  “Kəpəz”in bu mövsüm xal ala bilmədiyi yeganə komanda məhz “Qarabağ”dır. 

- Burada təəccüblü bir şey yoxdur. Söhbət “Qarabağ”dan gedir. Son 4-5 ildə bu komandadın nailiyyətləri göz qabağındadır. Belə bir komanda ilə mübarizə aparmaq da böyük işdir. Düzdür, son üç oyunu “Qarabağ”a uduzmuşuq. Ancaq əvvəlki iki qarşılaşmada “Qarabağ” bizdən üstün olub və qalib gəlib. Dünənki oyunda isə komandalar bərabər səviyyədə çıxış etdi. Bilmək olmaz, bəlkə gələn dəfə “Qarabağ”a qalib gəldik.   

- Mövsümün sonunda “Kəpəz”lə icarə müqavilən baş çatacaq. “Qarabağ”a qayıdacaqsan, yoxsa karyeranı “Kəpəz”də davam etdirmək istəyirsən?  

- Düzdür, “Kəpəz”də kollektiv çox gözəldir. Bütün uşaqlar oyuna canını qoyur. Ancaq maliyyə durumumuz çox zəifdir. “Kəpəz”ə baxan yoxdur. Bizə təkcə AFFA kömək edir. Onların dəstəyi isə yalnız maaşlarımıza bəs edir. Qələbələrdən sonra heç bir mükafat almırıq Yəni həvəsləndirici heç bir şey yoxdur. Külli miqdarda maaş da almırıq. “Qarabağ” və “Qəbələ” futbolçuları qədər maaş alsaq, mükafatsız da oynamaq olar. Söhbət puldan getmir, buna da şükür edirik. Bizə motivasiya verən yalnız azarkeşlərdir, başqa heç kim və heç nə. İstər-istəməz düşünürsən ki, səni 15-20 min azarkeş izləyəcək. “Qarabağ”a qayıtmağa gəldikdə isə bu, mövsümün sonunda bəlli olacaq. “Kəpəz”də də qala bilərəm. Ancaq “Qarabağ”la bir illik müqaviləm var. Klubumla məsləhətləşəcəm, nə qərar verilsə, onu də edəcəm. 

- “Qarabağ”ın və millimizin müdafiəçisi Bədavi Hüseynov müsahibəsində bildirib ki, Tərlan Quliyev və Elvin Yunuszadə  Rəşad Sadıqovu əvəzləyə bilər. Hazırsanmı Rəşad Sadıqovu əvəzləməyə? 

- Mən “Qarabağ”da oynamışam. Müdafiənin mərkəzində oynamağa hazıram. Bu mövqedə daha yaxşı çıxış edirəm. Müdafiənin sol cinahında və orta xətdə də oynayıram. Ancaq əsas mövqeyim müdafiənin mərkəzidir. Gəncədə elə də yaxşı şərait olmasa da, həmişə öz üzərimdə işləyirəm. Bəli, “Qarabağ”da oynamağa hazıram. 

- “Kəpəz” heyət sarıdan əziyyət çəkir. Bu vəziyyətdə Avropa Liqasına vəsiqə qazanmaq haqda düşünürsünüz?

- Bəli, maddi çətinliklərə görə oyunçu almaq da olmur. Ancaq biz axıra qədər mübarizə aparmalıyıq. Başqa yolumuz yoxdur. Avroliqada haqda düşünmək tezdir. Qeyd etdiyiniz kimi, bizim heyətimiz geniş deyil. 17-18 futbolçu ilə mübarizə aparırıq. Oyunçumuzun biri zədələnəndə digəri onu istənilən kimi əvəzləyə bilmir. Bununla belə, sona qədər mübarizə aparacağıq. Komandanın Avroliqa istəyi var. Bunu gizlətmirik. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail