Elnur Cəfərovun atası: " Oğlumu bəyənsələr, ispanlar "Xəzər Lənkəran"a 30 mini ödəyəcəklər" - MÜSAHİBƏ

17.02.2016 | 4316 dəfə oxunub

“Xəzər Lənkəran”dan ayrılan və hazırda İspaniyanın Sequnda Liqasında mübarizə aparan “Real Ovyedo” klubunun düşərgəsində baxışda olan Elnur Cəfərovun atası Mais Cəfərov sportinfo.az-a müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Oğlunuz İspaniyadadır?

- Xaricdə futbol oynamaq Elnurun uşaqlıq arzusudur. Başqa ölkələrdən də təkliflər gəlmişdi. Məsələn, Serbiyadan. Klubu ilə razılaşmadılar. Nə oldusa, "Xəzər Lənkəran" icazə vermədi. İndi Allah bir yol açıb onun üçün, gedib İspaniyaya. Yoxlanışdadır və hələ bilinmir necə olacaq.

- Nə vaxt qayıdacaq?

- Dəqiq bilmirik. Yəqin, bir həftə sonra məsələyə aydınlıq gələr.

- Gedəndən sonra evlə əlaqə saxlamayıb?

- Yox.

- Yəqin ki, baxışa getmək üçün "Xəzər Lənkəran" rəhbərliyindən icazə alıb?

- İcazə veriblər. Elnura yol göstərən insanlar var, onlar da dedi ki, get İspaniyaya. Yoxlanışdan keç.

- "Real Ovyedo" bəyənsə, "Xəzər Lənkəran" oğlunuzun transfer vərəqəsini verəcək?

- Yəqin ki, buraxarlar.

- Düşünmürsüz ki, 30 min manatlıq təzminat gözlənilən transferə problem yarada bilər?

- Problem yaradar deyəndə ki, hər şey ispanlardan asılıdır. Oğlumu bəyənsələr, 30 mini ödəyəcəklər.

- Elnurun baxışa getdiyi klubda məşqçilərin diqqətini çəkəcəyinə inanırsız? Öhdəsindən gələ bilər?

- İnşallah, gələr! Oğluma inanıram.

- Sizcə, "Xəzər Lənkəran" rəhbərliyi oğlunuzu niyə transferə çıxardı? Elnurun komandadan uzaqlaşdırılmasında öz günahının olmasını qəbul edirsiz?

- Əlbəttə, oğlumu günahkar sayıram. Klubu necə günahlandıra bilərəm ki…

- Deməli, siz də elədiyi hərəkətə görə oğlunuza haqq qazandırmırsız?

- Yox-yox. Kluba qarşı etdiyi hərəkətə görə necə haqq qazandıra bilərəm ona? "Xəzər Lənkəran"la müqaviləsi var. Klub nə desə, o da olmalıdır.

- Elnuru "Xəzər Lənkəran" yetişdirib və bu səviyyəyə çatdırıb. Sizcə, niyə belə elədi kluba qarşı?

- Uşaqdır da… Uşaq səhv edirsə, onu bağışlamaq olar. Kiminsə sözünə uyub. Hamısı yığışıb pulunu istəyib. Pulunu istəmək də bir səhv deyil. Altı-yeddi aydır maaş almırdılar, tələb ediblər ki, verin. Tək Elnurun işi deyil . Amma təkcə oğlumun adı çıxdı..

- O hadisədən sonra klub rəsmiləriylə görüşünüz, danışığınız olub?

- Mənim gedib danışmışam. Yaxşı qarşıladılar məni, gözəl sözlər də dedilər. Necə lazımdır, o cür. Başqa bir söhbət də olmayıb ki, Elnuru klubdan uzaqlaşdırsınlar. İndi biz də istəyirik ki, gedib İspaniyada oynasın. Əgər alınmaz, yenə "Xəzər Lənkəran"da qalacaq. Nə qədər o klub varsa, Elnur da orda olacaq.

- Lənkəranda doğulub boya-başa çatmış oğlunuzun İspaniya kimi uzaq bir ölkənin mühitinə uyğunlaşması var. Biz də istəyirik və arzulayırıq ki, o, futbol ölkəsində oynasın.

- Ona çox inanıram.

- "Xəzər Lənkəran"da baş verən məlum hadisədən sonra Elnurla aranızda söhbəti olub?

- Hər söhbəti eləmişəm, hər şeyi də başa salmışam. Özü də hamısını anlayır. Elnur uşaq deyil ki, ona bir başqa söz deyək. Artıq 19 yaşı var.

- Özü elədiyi hərəkətə nə deyir, bəraət qazandırır? Demir ki, mən niyə qaldırdım futbolçular məşqçilərin üstünə?

- O, elə bir şey etməyib. Klub rəhbərliyinin üstünə bir adamı da qaldırmayıb. Kimlər orda olub, hamısı qaldı bir kənarda, tək Elnurun adını çəkdilər.

- Nə üçün?

- Nə bilim… Onu deyə bilmərəm.

- Bizim kimi, yəqin siz də şoka düşdüz?

- Əlbəttə, şoka düşərəm də… Komandanın ən yaxşı oyunçularından biri olasan, sonra da adın belə söhbətlərdə çıxsın? Valideyn övladı barədə bir pis şey eşitsə, məhv olub gedir.

- Hələ də o hadisənin təsirindəsiz?

- Çox pis təsir elədi. Ancaq inanıram ki, hər şey yaxşı olacaq.

- Oğlunuzun "Qarabağ"a transferi son anda baş tutmadı. Halbuki, Qurban Qurbanov Elnurun xidmətində maraqlı olduğunu açıqlamışdı. Elnurun özü də razı idi. Eşitmişik ki, "Qarabağ"la müqavilə bağlamasına babası icazə verməyib. Doğrudur?

- Bəli, babası qoymadı. Həm də mən "Xəzər Lənkəran"a söz vermişdim. Dediyimin arxasında durdum. Danışmışdıq ki, əgər xaricdən təklif gəlsə, klub onu buraxacaq. Mən də onlara söz vermişdim ki, Azərbaycanda qalası olsa, oğlum sonadək "Xəzər Lənkəran"da oynayacaq, başqa yerli kluba keçməyəcək.

- Elnura bu istedad kimdən keçib? Əmilərindən, dayılarından?

- Özüm vaxtilə futbolçu olmuşam da. "Xəzər Lənkəran"da oynamışam.

- Neçənci ildə?

- Sonuncu dəfə 2004-də, "Xəzər Lənkəran”ın əvəzedici heyətində çıxış etmişəm. 2005-də futbolu atmışam. Ondan qabaq isə "Şiləvar"da oynamışam. Hafiz Əliyev, Fazil Əsədov məşqçim olub.

- Hamı deyir ki, Elnur yaşından böyük hərəkətlər edir. Məşqçilər, futbolçuların özləri də onun lovğa olduğunu söyləyir. Bir ata kimi onda bunları müşahidə eləmisiz?

- Müşahidə eləmişəm. Dəfələrlə olub ki, meydanda lovğalıq edib, hakimin üstünə qışqırıb. Hər dəfə deyirəm ki, ona lazım deyil, olmaz. Cavab verir ki, oyunda əsəbləşirəm, özümü saxlaya bilmirəm.

- Bəs adi həyatda necədir, özünü apara bilir?

- Adi həyatda bir dənə sakit uşaq. Toxunsan, dillənsən, danışacaq. Dirdirməsən, saatlarla danışmayacaq. Meydanda isə tamam başqa cür olur.

- Yunis Hüseynovdan bu barədə dəfələrlə açıqlama almışıq. O, həmişə gileylənirdi ki, Elnur ilk iki dövrənin əksər oyunlarında komandaya kömək eləmədi, meydanda ancaq gəzişməklə məşğul oldu.

- Yunis müəllim məşqçidir, fikri belə ola bilər. Dedikləri ilə razıyam.

- Elnur yaxınlarda sosial şəbəkədə jurnalistləri təhqir etmişdi...

- Elnur qələt eləyər, başını divara vurar jurnalistləri təhqir edər.

- Hətta özü və dostları bizi ölümlə hədələyirdi.

- Necə? Vallah, mən ona demişəm ki, həyatda özünə dost seçmə. Demişəm ki, sənin dostun topdur, meydançadır, vəssalam! Bu ikisindən başqa sənin dostun ola bilməz! Sən futbolçusansa, onlardan başqa heç kimi özünə dost seçməməlisən.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail