"Qaranın indi əsas heyətdə meydana çıxmamasının məndən aslı olmayan səbəbləri var" - MÜSAHİBƏ

20.02.2016 | 4427 dəfə oxunub

“Qarabağ” bu gün Azərbaycan Premyer Liqasının 22-ci turunun mərkəzi oyununda “Neftçi”yə iki cavabsız qolla qalib gəldi. Stadium.Az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyun haqda belə danışdı:

- Çox maraqlı oyun oldu. Topla yaxşı davranan və sürətli komandadır. Onlara qarşı oynamaq çox çətidir. Əsas məsələ odur ki, 3 xal bizim oldu. Bütün komandanı və azarkeşlərimizi təbrik edirəm. İkinci hissə daha çox xoşuma gəldi. Çünki temp aşağı düşmədi. Bu oyun nəticə baxımdan yox, ümumiyyətlə hər bir futbolçu üçün düşərli oldu.

- Rahid Əmirquliyevin debütü hesaba görə oldu? Yəni hesab 2:0 olmasa onu meydana buraxacaqdız?

- Biz Rahidi Türkiyədə oynadırdıq. Ancaq zədələndi. O, təcrübəli futbolçudur. Ancaq bizim oyun üslubuna uyğunlaşmaq üçün ona da zaman lazımdı.

- Reynaldoya Çin klubundan təklif gəlib?

- Reynaldoya həmişə təklif var. İndi də elədir. Çinə getmədi, çünki zədəsi var. İndi açıqlamaq istəmirəm, yenə təklif var. İndi də onu iki ay əvvəl istəyən klub istəyir.

- Bu qələbəni qisas kimi qiymətləndirmək olar?

- Yox, bizim üçün hər bir oyun önəmlidir. Oyun varsa məğlubiyyət də olacaq, qələbə də. Bu, normal haldır. Qisas kimi yox, layiqli oyun kimi qiymətləndirək.

- Hər zaman “Qarabağ”da heyət baxımından problem olub. İndi isə əksinədir. Bu size narahat edir ki, onlar oyun formasından uzaqlaşa bilər?

- Bəli, narahatlıq var. 15 futbolçu var ki, istənilən an meydanda ola bilərlər. Biz də müəyyən səbəblər üzündən hər kəsə şans verə bilmirik. Limit, yaş məhdudiyyəti. Çalışırıq ki, əvəzləmələrlə hər kəsə oynamaq şansı verək.

- Qara Qarayev komandanın aparıcı futbolçularından biri idi. İndi niyə əsas heyətə düşə bilmir?

- O, komandanın aparıcı futbolçularından biridir. Onun bizlə il yarımlıq müqaviləsi var. Statistikaya baxsaq görərək ki, mövsümün sonunda hər bir futbolçu oyunların 70 faizində meydanda olub. Məndə istərəm hamısın oynadım. Qaranın indi əsas heyətdə meydana çıxmamasının məndən aslı olmayan səbəbləri var.

- Rəqib “Neftçi” olmasaydı Rəşad Sadıqov bu gün meydanda olacaqdı?

- Mən onu elə “Kəpəz”lə oyunda əvəzləmək istədim. Ancaq bildirdi ki, oynaya bilər. İndi də onun bir problem yox idi, ona görə meydanda oldu. Belə futbolçular çox prinsipial olur.

- Gəlin etiraf edək ki, çempionatda rəqabət azalıb. Bu məqam “Qarabağ”a təsir edir?

- Bizdən hansı futbolçu getsə də, bzi çalışırıq ki, oyun səviyyəmizi qoruyub saxlayaq. Bu cür rəqiblərə qarşı oynamaq daha çətindi. Nəinki bir-iki il əvvəl. Məşqçilər də daha çox öyrənir, futbolçular təcrübə toplayır. İndi bütün komandalar çox düzgün müdafiə oluna bilir. Bəzən olur ki, ustalıq səviyyəsinə görə qələbə qazanırsan, bəzən də bunu bacarmırsan. İndi bizim üçün asan deyil ki, hər bir komanda 10 nəfərlə otursun müdafiədə, bizdə onlara qarşı oynayaq və qələbə qazanaq. İndi hər kəsin futbol elmi daha da çoxalıb. Bu da gələcəkdə hər kəs üçün daha yaxşı olacaq və gələcəkdə çempiobat daha da gərgin keçəcək. Bunların fonunda mən də istərəm ki, komandalarda daha səviyyəli futbolçu olsun.

- Komandanın məhsuldarlığından razısız? Düşünmürsüz ki, sizə inadkar hücumçu lazımdı?

- Olsa, biz də götürərik. İndi futbol elə bir hal alıb ki, bəzən hücumçuya heç ehtiyac lazım olmur. Məsələn, biz Gəncədə ancaq standartd vəziyyətlərə görə qalib gəldik. Biz də daha çox cinah futbolçularına üstünlük veririk. Bir neçə ildən sonra hücumçusuz komanda görsəz təəccüblənməyin.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail