Rahid Əmirquliyev: "Tam formada deyiləm" - MÜSAHİBƏ

21.02.2016 | 3133 dəfə oxunub

"Qarabağ"ın yeni tramsferi Rahid Əmirquliyev Ağdam klubunda debüt etdiyi "Neftçi" ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- “Qarabağ”da debütünüzü reallaşdırdınız. İştirakçısı olduğunuz oyun haqda nə deyə bilərsiz?

- “Neftçi” turnir cədvəlinin orta pillələrində qərarlaşsa da, çətin oyun olacağını bilirdik. Çünki “Neftçi” həmişə yaxşı, güclü komanda olub. Qələbə qazandığımıza görə şadam.

- “Qarabağ” istədiyi oyunu ortaya qoya bildimi?

- Bəzi şeylər alındı, bəzilərinə rəqib imkan vermirdi. Bu cür oyunlarda vacib olan qələbə qazanmaq idi. Biz də matçı itkisiz başa vurduq.

- Öz oyununuz necə, alındımı?

- Bir aydı yaşıl meydandan kənarda qalmışam. Zədəli olduğuma görə belə alındı. Tam formada deyiləm. Çalışacam, formamı bərpa edim. Buna görə çox çalışıram.

- Debütünüzün gec baş tutması da buna görə idi?

- Zədəm var idi, ona görə oynaya bilmirdim. İndi əsas işim formamı bərpa etməkdi.

- Erkən qol vurmağınnız oyununuza necə təsir etdi?

- Tez qol vurmağımız bizə düşərli oldu. Həm də qoldan sonra “Neftçi” də açıldı, müdafiəyə qapanmadı, açıq oyun getdi.

- Bu duel turun mərkəzi oyunu hesab edilirdi. Ab-hava necə, bundan xəbər verirdimi?

- Hazırkı vaxtda mərkəzi oyun hesab edilir. Hiss olunurdu. Hər iki komandanın azarkeşləri bunu hiss etdirməyə çalışırdı.

- “Neftçi” – “Xəzər Lənkəran” duellərinin ab-havası ilə müqayisə etmək mümkündürmü?

- Əvvəllər mərkəzi oyun “Neftçi” – “Xəzər Lənkəran” görüşü sayılırdı. Ancaq indi Lənkəran təmsilçisi yaxşı günlərini yaşamır. Ona görə atmosfer də fərqlidi. İstənilən halda bu gün meydana çıxanda oyunun əhəmiyyəti hiss olunurdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail