Aleksey Qay: "Əsas məsələ ondadır ki, rəqibi sıxaraq qələbəni qopara bilirik" - MÜSAHİBƏ

22.02.2016 | 2803 dəfə oxunub

"Qəbələ"nin hücumçusu Aleksey Qay ötən gün "Rəvan"a 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibə verib:

- Oyunu necə dəyərləndirirsən?

- Qələbə qazanmaq heç də asan olmur. Bunun çox səbəbləri var. Fikrimcə, əsas məsələ ondadır ki, rəqibi sıxaraq qələbəni qopara bilirik. Bu, daha çox qiymətləndirilir.
 
- Rəqib iki dəfə penalti tələb etdi. Həmin epiozadlara yaxın idinmi?

- Epizodlardan biri yadımdadır. Ancaq onda 11 metrlik zərbəyə səbəb olacaq qayda pozuntusunu görmədim.

- Komanda son 3 oyunda qalib gəlsə də, buna 1 qol vuraraq, minimal üstünlüklə nail olursan. Səbəb nədir?

- Futbolda ən gözəl nəticə tablodakı hesabdır. "Qəbələ” qalib gəlirsə, hamımız bundan razı olmalıyıq. Qolların sayına gəlincə, əlbəttə, çox olmasını istəyirsən. Bunun üzərində işləyirik. Düşünürəm ki, gələcəkdə yaxşı olacaq.
 
- "Qəbələ” zəif rəqiblər üzərində də çətinliklə qələbə qazanır... 

- Mən rəqibləri güclü və ya zəiflərə bölmürəm. Rəqibdən asılı olmayaraq, hər oyunda topla çox olmağa çalışırıq. Bu, bizdə bəzən alınır, bəzən yox. Rəqibdən daha çox öz oyunumuza diqqət yetirməliyik.

- Ardıcıl 2-ci oyundur kapitanlıq sarğısını daşıyırsan. Özünü necə hiss edirsən?

- Yetərincə rahat.
 
- Turnir cədvəlində hazırkı vəziyyətiniz sizi qane edir?

- Uzağa baxmaq lazım deyil. Sadəcə, bütün oyunlarda qalib gəlmək lazımdır. Artıq sonda baxarıq ki, çempionatı hansı yerdə başa vurduq.

- Ötən il də qış fasiləsindən sonra pis başlamışdınız. Ancaq sonradan uzun qələbə seriyası. İndi də keçənilki seriya təkrarlanır?

- Burada ssenari qurmaq çətindir. Təsadüf onda ola bilər ki, yaxşı start götürmürük. Əgər sonda hər şey uğurlu olsa, heç kim bunu yada salmayacaq



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail