Fariz Nəcəfov: "Onlardan istədiklərimi görə bilmirəm" - MÜSAHİBƏ

22.02.2016 | 2292 dəfə oxunub

"Qəbələ"nin vitse-prrezidenti Fariz Nəcəfov ötən gün "Rəvan"a 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra Stadium.Az saytına müsahibə verib:

- Komandamızdan belə çətin qələbə gözləmirdim. Amma vacib olan işin öhdəsindən gəldik və 3 xal qazandıq. Komandada əsas problem hücum xəttindədir.Hücumçularımız yaranmış qol fürsətlərini tam dəyərləndirə bilmirlər. İnanıram ki, bu problemin üzərində işləyib aradan qaldırarlar.

- Komandanız son 3 oyunda qələbə qazana bildi. Demək olarmı “Qəbələ”də artıq hər şey qaydasına düşüb?

- Belə deməzdim. Çünki psixoloji olaraq futbolçuların durumu yaxşı olsa da, oyun baxımından çatışmazlıqlar var. Hər şey fırlanıb yenə də hücumçuların üzərinə gəlir. Onlar isə dediyim kimi, qol epizodlarımı tamamlaya bilmirlər. Antonov  və Dodonun yoxluğu bizim üçün ciddi problemlər yaradır. 

- Devalivasiya olmasaydı, hücum xətti üçün yeni transferlər olacaqdı?

- Komandaya yeni hücumçunun gətirilməməsinin devalivasiya ilə heç bir əlaqəsi yoxdur. Biz bu mövqeyə futbolçu axtarırdıq.  Sadəcə tapa bilmədik. Bir-iki futbolçu ilə danışıq aparsaq da, son anda alınmadı.

- Ermin Zets Antonovun yerini doldura bilmir?

- Bu suala baş məşqçimiz cavab versə, yaxşıdır. Mənim fikrimə görə hər ikisi səviyyəli futbolçudur. Amma onlardan istədiklərimi görə bilmirəm. Çünki bu futbolçular “Qəbələ”yə daha böyük ümidlərlə transfer olunmuşdu. Zets son oyunlarda qol vurdu. Antonov  da 6 qol vurub. Amma biz onlardan daha artığını gözləyirik. İnanıram ki, zamanla daha yaxşı olacaqlar.

- Mövsümün sonunda bu futbolçularla yollarınızı ayırmağı düşünürsünüz?

- Bu barədə məşqçi qərar verəcək. Hazırda onlar komandaya kömək etməlidirlər.

- Çempionatda hədəfiniz dəyişib, yoxsa?

- Birmənalı olaraq qarşımıza çempionluq vəzifəsi qoyulub. Amma sonda çempionatı necə bitirəcəyik onu bilmirəm.

- “Zirə” sizi təəccübləndirmir?

- Təəccübləndirir. Alqışalayiq futbol sərgiləyirlər. Bizim akademiyanın 3 yetirməsi bu klubda əsas heyətdə oynayır və yaxşı da çıxış edirlər.

- Onları buraxdığınıza görə peşmansınız?

- Biz bu futbolçuları icarəyə vermişik. Peşman da deyilik. Çünki oynayıb açlışmalıdırlar. Bəlkə bizdə qalsaydılar, heyətə düşə bilməyəcəkdilər.

- Son zamanlar Qara Qarayevin “Qəbələ”nin maraq dairəsində olduğu ilə bağlı məlumatlar yayılır.

- Bu barədə məlumatım yoxdur.

-  Yəqin ki, “Qarabağ”ın əsas futbolçularından biri olan Qarayevin başqa kluba keçməsi bir az inandırıcı olmadığı üçün adı “Qəbələ” ilə adı hallanır. Yəni maddi baxımdan nəzərdə tuturuq.

- Ola bilər. Qara Qarayev yaxşı futbolçudur, amma hazırda bu məsələ bizim gündəmimizdə deyil.

- Klubda ixtisarlar aparıldığı söylənilir. Sizdə də maddi problemlər var?

- Futbolçulara ayrılan büdcədə dəyişiklik yoxdur. Amma müəyyən vacib olmayan sahələrdə ixtisarlar apardıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail