Juninyo: "Həmin məğlubiyyət bizə heç bir təsir göstərməmişdi" - MÜSAHİBƏ

24.02.2016 | 2752 dəfə oxunub

"Kəpəz"in yarımmüdafiəçisi Juninyonun müsahibəsini təqdim edirik:

- Paytaxt klubuna məğlubiyyətinizi necə şərh edə bilərsiniz?
- Biz yaxşı oynadıq. Qol vurmaq üçün də şanslarımız oldu. Sadəcə, onlardan yararlana bilmədik və uduzduq. Bu məğlubiyyətdən dərs çıxarmaq lazımdır. Bu oyunda buraxdığımız səhvləri təkrarlamamalıyıq.

- Siz tez-tez oyunu öz üzərinizə götürürsünüz. Amma bu dəfə alınmadı...
- "İnter"in müdafiəçiləri bizə qarşı inamlı oynadılar. İstənilən halda bu görüş geridə qalıb. Artıq növbəti oyunu düşünməliyik.

- Bəlkə ev oyununda "Qarabağ"dan buraxdığınız kuryoz qolun mənfi təsiri hələ də qalır...
- Xeyr. Həmin məğlubiyyət bizə heç bir təsir göstərməmişdi. Ağdam klubu ilə görüş geridə qalmışdı. Düzdür, "Qarabağ"a da, "İnter"ə də uduzduq. Bu, bizim üçün çox pis nəticədir. Amma sərgilənən oyun baxımından problem yoxdur. Hər halda bu oyunları unudub, növbəti görüşlərdə uğur qazanmaq barədə düşünməliyik.

- Qarşıda "Sumqayıt"la oyun var...
- Asan olmayacaq. Bu matça çox ciddi hazırlaşmalıyıq. Qələbə qazanmaq istəyirik. Bunun üçün çox intizamlı və diqqətli oynamalıyıq.

- Sumqayıtlılar ardıcıl üç məğlubiyyətdən sonra son turda qalib gəlib. Sizə elə gəlmir ki, bu, onlar üçün müsbət məqamdır?
- Əlbəttə, indi onlarda motivasiya normal səviyyədədir. Amma biz də motivasiya baxımından problem yaşamırıq. Meydana yalnız qələbə üçün çıxacağıq.

- Gəncədəki stadionun qazonu ürəkaçan deyil. "Sumqayıt" isə süni örtüklü meydanda çıxış edir...
- Meydana çıxan hər iki komanda eyni şərtlər altında oynayacaq: həm biz, həm də rəqibimiz. Bunun kimin üçünsə üstünlük, digəri üçün problem hesab etmirəm. (azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail