Eddi İsrafilov: "La Liqada istədiyim qədər oynamaq şansı əldə etmirdim" - MÜSAHİBƏ

26.02.2016 | 3533 dəfə oxunub

Azərbaycan millisinin üzvü, İspaniyanın  “Kordoba” klubunda çıxış edən Eddi İsrafilovun “Marca”ya müsahibəsini təqdim edirik: 

- “Kordoba”dakı ilk həftələriniz necə keçdi?

- Burda çox xoşbəxtəm. “Kordoba”da özümü rahat hiss edirəm. Komandaya tam uyğunlaşmışam.

- Komanda sizdə necə təəssürat yaradıb?

- Hər şey ürəyimcədi. Fərdi keyfiyyətləri üstün olan oyunçular var. Paltardəyişmə otağında da əla atmosfer hökm sürür. Bu da meydandakı oyuna müsbət təsir göstərir.

- “Kordoba”nın La Liqaya qalxmaq perspektivini görürsüzmü?

- Əlbəttə. Bu komanda uzun yol qət etmək gücündədi. Bizim əsas hədəfimiz turnir cədvəlində mümkün qədər irəliləməkdi. Pley-offa çıxa bilsək, lap yaxşı olar.

- Burdakı çıxışınız sizə nə qazandıra bilər?

- İlk növbədə oyun təcrübəsi və meydanın mərkəzində güclənmək.

- Baş məşqçi Xose Luis Oltra ilə bağlı fikirləriniz necədi?

- O, çox yaxşı məşqçidi. Oltra daim yeniliklər axtarır və komandanın inkişafına çalışır. Bizdən meydanda necə yararlanmaq lazım olduğunu yaxşı bilir.

- Meydanda olanda komanda yoldaşlarınızdan nə soruşursuz?

- Portuqalo ilə birlikdə oynayanda, məndən mövqeyimə vaxtında qayıtmağı istəyir. Viktor və ya digərləri ilə yanaşı çıxış edəndə isə məndən daha çox meydanın mərkəzində qalmaq, arxaya çox çəkilməmək tələb olunur.

- Karyeranızda yeni səhifə açılıb. Nə gözləyirsiniz?

- Hazırda bütün diqqətimi “Kordoba”ya yönəltmişəm. İlk növbədə maksimum oyun praktikası əldə etmək, meydanda daha çox olmaq barədə düşünürəm. Bunu bacarsam, futbolçu kimi daha da inkişaf edəcəm.

- La Liqadan Sequndaya qayıtmağınızı daha çox oynamaq istəyi ilə əlaqələndirmək olarmı?

- Tamamilə doğrudu. La Liqada istədiyim qədər oynamaq şansı əldə etmirdim. Ona görə də “Kordoba”ya keçdim. Bu addımım məndə özünəinam hissini artıracaq.

- Mövsümün “Eybar”da keçirdiyiniz ilk hissəsindəki çıxışınızı necə dəyərləndirirsiz?

- Ümumilikdə yaxşı qiymətləndirirəm. Orda çox yeni şey öyrəndim. Bəzi oyunlarda meydanda oldum. İştirak etdiyim görüşlərdə nə bacardımsa, etdim. Bəxt də mənim tərəfimdə idi. Tam yaxşı formada olanda zədələndim və bu da inkişafıma mane oldu. “Eybar”da işlədiyim bütün məşqçilərdən yeni şeylər öyrəndim. Orda təcrübəmi xeyli artırdım.

- İnanırsız ki, “Kordoba”nın aparıcı futbolçularından biri olacaqsız?

- Buna ümid edirəm. Hər şey özümdən asılıdı. Yaxşı işləsəm və inkişaf etsəm, dediyinizi edə biləcəm. Əsas məqsədim də budu. Futbolçu biliyimi və keyfiyyətimi artırmaq istəyirəm.

- “Kordoba”ya keçməzdən əvvəl başqa variantlar da var idimi?

- Bir neçə variant var idi. Başqa klublar da mənimlə çox maraqlanırdılar. Ancaq içlərində daha çox marağı “Kordoba”dan hiss etdim. Təklifi qəbul etməyimdə də məhz bu amil rol oynadı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail