Tuyqun Nadirov: "Buna baş məşqçi ilə klub prezidenti qərar verir" - MÜSAHİBƏ

02.03.2016 | 4318 dəfə oxunub

Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirovun  müsahibəsi

- Klublar Komitəsinin iclasında niyə iştirak etmədiniz?

- Həm Avropa, həm də Türkiyədən qonaqlarımız vardı. Qonaqlar klubla yox, başqa işlərlə bağlı gəlmişdi. Onlarla bir yerdə olduğum üçün bugünkü iclasda iştirak edə bilmədim. Ancaq bu günə qədər hər iclasda iştirak etmişəm. Bir dəfə üçün üzrlü hesab etmək olar. Digər tərəfdən də bizim nümayəndə həmin iclasda iştirak edirdi. Artıq klubun mövqeyi də bəlli idi. Yəni mənim olmamağım o dərəcədə hiss oluna bilməzdi.

- İctimaiyyətdə belə bir fikir yaranıb ki, Tuyqun Nadirov Ramin Musayev gəldiyi üçün Klublar Komitəsinin iclasına qatılmayıb...

- Bizim Ramin müəllimlə normal münasibətimiz var və dəfələrlə birgə iclasda iştirak etmişik. Bundan əvvəlki iclaslara da özüm Ramin müəllimi şəxsən dəvət etmişəm. Ramin Musayevin Klublar Komitəsinin iclasına tez-tez gəlməsi elə bizim özümüzə də faydalıdır. Eyni zamanda özü gəlməsə də, nümayəndələri iclasda iştirak edir. Bəziləri Klublar Komitəsini PFL-ə əks təşkilat kimi düşünürlər. Ancaq bu, belə deyil. Bütün bu işlər futbolumuzun inkişafı üçün görülür. İllərdir öz həllini tapmayan məsələlər komitədə həll olunur.

- Qəbul olunan qərarlara münasibətiniz necədir?

- Legioner rüsumunun azaldılması ilə bağlı ötən ilin avqustunda AFFA və Peşəkar Futbol Liqasının rəhbərliyinin iştirakı ilə müzakirələr olmuşdu. Demək olar ki, ilkin razılıq olmuşdu. İndi isə İcraiyyə Komitəsinin iclasından sonra bu məsələ yekunlaşdı.

- Elnur Cəfərovla bağlı hansı yenilik var? İspaniya klubu "Xəzər Lənkəran"a məktub göndərməli idi...

- Klubumuz tərəfindən Elnur üçün şərait yaradılmışdı ki, gedib orada iştirak etsin. İndi danışıqlar gedir. Biz də istərdik ki, gedib legioner həyatı yaşasın. Çünki o, tək "Xəzər Lənkəran"ın yox, həm də Azərbaycan futbolunun yetirməsidir. Biz də əlimizdən gəldiyi qədər kömək edirik. Hələlik rəsmi olaraq heç bir müraciət olmayıb.

- Əvəzedici komandaya göndərilmiş Kamran Abdullazadəni nə vaxt əsas heyətdə görmək mümkün olacaq?

- Buna baş məşqçi ilə klub prezidenti qərar verir. Bunlar klub daxili qaydalara əsasən həll olunur və birbaşa həmin şəxslərə aiddir.

- "Neftçi" ilə oyun haqda nə deyə bilərsiniz?

- "Xəzər Lənkəran" oyuna ciddi hazırlaşır. "Neftçi" ilə kubok oyunu çox maraqlı olacaq. Ümid edirik ki, azarkeşlər dəstəklərini əsirgəməzlər. Gənc futbolçulardır və onları güclü rəqiblərə qarşı həvəsləndirmək lazımdır. Qyed edim ki, komanda son turda da "Qəbələ" ilə səfər oynunda məğlub olmadı. (report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail