Qurban Qurbanov: "Qalatasaray"la oyun bizim üçün vacib deyil" - MÜSAHİBƏ

05.03.2016 | 3352 dəfə oxunub

“Qarabağ” bu gün Azərbaycan Premyer Liqasının 24-cü turunda ən yaxın izləyicisi “Zirə”ni 2:1 hesabıyla məğlub etdi. Stadium.Az xəbər verir ki, oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Düşünürəm ki, çox vacib 3 xal qazandıq. Futbolçular çox düzgün oynadılar. Nəticəyə oynamağı bacardılar və lazımi qələbəni qazandılar. “Zirə” hesabda geri düşsə də, öz oyun üslublarından əl çəkmədilər. Onlar yenə əks-hücumları gözləyirdilər. Bir dəfə də az qala hesabı bərabərləşdirmişdilər. Məncə hər iki komanda baxımlı oyun göstərdi və azarkeşlər bu qarşılaşmadan razı qaldı.

- Mahir Mədətov qol vurduqdan sonra jest göstərdi. Düşünmürsüz ki, o, ulduz xəstəliyinə tutula bilər?

- Mahir sözylədiyiniz fikrə yaxın futbolçudur. İnsan daha sadə olmalıdır, eləcə də futbolçular. Futbolçu düşünməlidir ki, 1-5-10 qol vursa da bu, onun işidir. Mahirin indi ən üstün cəhəti onun istəkli olmasıdır. Onun bu hərəkətini mən də gördüm və yerində reaksiya verdim. Bəzi gənclərimiz yaxşı futbolçu olmaqdansa, başqa şeylərə meyil edirlər. Nə qədər ki, burdadı mənim istədiyim kimi sadə futbol oynayacaq və sadə olacaq. Əks halda burda olmayacaq.

- Siz epizodların birində azarkeşlə də dialoqa girdiz...

- Bu oyunda yox, hər bir qələbə bizim üçün çox vacibdir. Hər qələbə bizim üçün bir maneəni keçmək deməkdir. Maksimum çalışırıq ki, hər oyunda qələbə qazanaq. Azarkeşlərimiz toxunulmazdır, amma həmin zonada tanıdığımız insanlar idi. Onlara fikir bildirmək məncə olar. O, xoşagəlməyən ifadələr işlətdi. Məndə yaxınlaşdım ki, azərbaycanlıyıq, müsəlmanıq, belə olmaz.   

- Mahiri oynadıb, Coşqunu ehtiyatda saxlayıb onun yerinə Qara Qarayevi meydanda buraxanda komanda sanki daha rahat futbol sərgiləyir. Bunu davam etdirəcəksiz?

- Bunu sizə demiyəcəm. Ancaq Coşqun da əsas komandada oynamağı haqq edir. O, bizim ondan istədiyimizi daha tez başa düşür. Hər biri bizim futbolçudur və əsas heyətdə oynamağa layiqdirlər.

- “Neftçi”də Əsgər Abdullayev istefa verdi. Bu komandaya bağlı bir insan kimi nəsə demək istəyərsiz?

- Xeyir. Bizim ixtiyarımızda deyil ki, başqa komandanın işinə qarışaq. Mən heç bir məşqçiyə bu aqibəti arzulamıram. Mən sadəcə olaraq “Neftçi”yə uğurlar arzulayıram.

- “Qalatasaray”la oyun baş tutsa bu sizin komandaya nə qazandıra bilər?

- Bizim əsas məqsədimiz çempionatdır. İstəməzdim ki, bu oyun ətrafında daha çox ajiotaj olsun. Və bizim komandaya bu oyun pis təsir edə bilər. Çünki fikirləri o oyunda qala bilər. Rəhbərliyə, klub işçilərinə də bildirmişəm ki, daxildə bu oyun barədə çox az danışılsın. Bu, konkret qərar deyil. Dəqiq məlumat deyil, sadəcə danışıqlar davam edir. Əgər futbolçulara “Qalatasaray” barədə sual versəz və sizə cavab verməsələr ondan inciməyin. Çünki onlara tapşırmışam ki, bu barədə danışmasınlar. Yəni “Qalatasaray”la oyun bizim üçün öməmli deyil.

- Armenteros niyə iki oyundur oynamır?


- Daha əvvəl Qara barədə bu sual vermişdiz. Amma komandada futbolçumuz çoxdur və hər birinə şans veririk. 



  #1   Adınız: Punuw;   E-mail: [email protected]

24.03.2016 21:15

hami bu oyunu sebrsizlikle gozduyur.. eger bu oyun olmasa
Qarabag geri cekildi diye yayilacaq .. caliwin bu oyun baw
tutsun xaiw edirik ..

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail