Çingiz Abdullayev: "Bu vəziyyətdən çıxış yolları axtarırıq" - MÜSAHİBƏ

05.03.2016 | 4057 dəfə oxunub

"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev "Qəbələ"ylə (1:2) oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Oyunla bağlı fikrinizi bilmək istərdik...

- Birinci hissədə yaxşı oynadıq. Təəsüflər olsun ki, ikinci hissədə hər şey dəyişdi və uduzduq. Təbii ki, bu cür vəziyyət bizi qane edə bilməz. İstəyirik, əsasən gənclər oynasın, təcrübə toplasın. Bu ildə müəyyən uğurlarımız olub. Ev oyunlarını keçirdiyimiz stadion artıq klubun balansına keçirilib. Bakıxanov qəsəəsində böyük baza tikirik. Bu işləri davam etdirəcəyik. Amma komandanın oyunu və nəticələri bizi qane etmir. Bu vəziyyətdən çıxış yolları axtarırıq.

- Baş məşqçi Əsgər Abdullayev istefa verdiyini açıqladı. Bundan xəbəriniz var?

- O, istefa verib, amma ərizəsi hələ mənə çatmayıb. Bu məsələyə baxacağıq. Müşahidə Şurası qərar vermişdi ki, yanvardan əcnəbi məşqçi ilə anlaşacağıq. Sonradan vəziyyət dəyişdi. Manatla bağlı durum, eləcə də Emil Mpenza ilə bağlı cərimənin verilməsi fikrimizi dəyişdi. Əsgər müəllimdən işini davam etdirməsini xahiş etdik. Təbii ki, bu durumdan çıxmalıyıq. Daha yaxşı mütəxəssislə anlaşmalıyıq. Çalışacağıq, axtardığımız məşqçini tapaq.

- Əcnəbi olacaq?

- Buna baxacağıq. Əsas odur ki, peşəkar olsun. “Qarabağ” da Azərbaycan klubudu və orda Qurban Qurbanov çalışır. O, özümüzünküdü və yaxşı mütəxəssisdi. Əsgər müəllim çətin vaxtda komandaya kömək etdi. Həmin komanda ilə səfərdə “Qəbələ”ni uddu, 8 illik fasilədən sonra Lənkəranda yerli komandanı, çempionluğa iddialı “Qarabağ”ı uddu. Yanvardan sonrakı keyfiyyət bizi qane etmir. Çətin vəziyyətdən çıxış yolu axtarırıq.

- Düşünürsüz ki, bütün problemlər baş məşqçi ilə bağlıdı və dəyişiklik baş versə, hər şey qaydasına düşəcək?

- Belə demək olmaz. Hər şeyi baş məşqçinin üstünə yıxmaq olmaz. Bunu analiz etməliyik. Bəlkə kimsə “Neftçi”də oynamağa layiq deyil?! Biz oyundan sonra Əsgər müəllimlə görüşməmişik. Müşahidə Şurası qərar verəcək. Axtardığımız mütəxəssisi belə tezliklə tapa bilməyəcəyik. Elə məşqçi olmalıdır ki, o, bizim həyata keçirmək istədiyimiz proqramı reallaşdıra bilsin. Məqədimiz “Neftçi”ni Çempionlar Liqasında oynaya biləcək səviyyəyə qaldırmaqdı. Gec-tez bunu edəcəyik. komandanın potensialı çoxdu. Gənc futbolçuların necə istəkli olduqlarını hamımız görürük. Ona görə hər şeyi baş məşqçi ilə bağlamaq düzgün olmaz.

- Martın 9-da keçiriləcək ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununa komandanı kim çıxaracaq?

- Yenə deyirəm, bizim baş məşqçimiz Əsgər Abdullayevdi. Onun istefasını mən təkbaşıma qəbul edə bilmərəm. Şura qərar verəcək. Əgər istefa veribsə, yəqin qəbul ediləcək. Komandada idman direktoru və başqa məşqçilərimiz var. Ehtiyac olsa, onların xidmətindən yararlanacağıq.

- Son dörd oyunda məğlub olan “Neftçi” rəhbərliyini danışdırmaq mümkün olmurdu. Uduzanda mediadan niyə qaçırsınız?

- Hər dəfə mən danışıram. Pen klubun direktoruyam. Yəni jurnalistlərlə danışmağa hər zaman açıq insanam. Udanda olduğu kimi, uduzanda da danışmaq lazımdı. Amma hər yerdə klub rəhbərliyi danışmır axı. Baş məşqçi də danışmalıdı. Bizdə bəyəm hər oyundan sonra klub prezidentləri müsahibə verir? Elə klublar var heç prezidentlərini görməmisiniz. Bir az insafla danışmaq lazımdı.

- “Neftçi”nin bu uğursuzluğunda əsas günhakar kimdi?

- İlk növbədə mən. Görünür, nəyisə tələb edə bilməmişəm. “Neftçi” Azərbaycanın brendidi, 7-ci pillədə olmamalıdı. Brend hər zaman yerini qorumalıdı. Bütün klublara hörmətim var, amma heç birində bu qədər azarkeş, ölkəni tanıtdıran futbolçu yoxdu. Heç bir klubu “Neftçi” ilə müqayisə etmək olmaz. Bizi heç 4-cü yer də qane etmir. Yenə deyirəm, heç vaxt gizlənməmişəm.

- Yazıçı kimi illərlə topladığınız imicinizi bu cür uğursuzluq fonunda xərcləmirsiz?

- İmicim hansısa restorana, şadlıq evinə görə deyill, yazdığım kitabların hesabına formalaşıb. Əgər futbol görə bəyənmirlərsə, heç bəyənməsinlər. Ya hörmət edirlər, ya etmirlər. Biz bura futbolu inkişaf etdirmək üçün gəlmişik. İnanmsaydıq, gəlməzdik. Hər şey şəffafdı. Qafqazda audit firması ilə anlaşan ilk klubuq. Biz nümunə olmaq istəyirik.

- MŞ-nın sədri seçilən zaman AFFA prezidenti Rövnəq Abdullayevə “8-ci km qəsəbə stadionu”nun tutumunun az olduğunu, “Bakı Olimpiya Stadionu”nun kluba verilməsini xahiş etmişdiniz. O isə, əvvəlcə buranı doldurmağı məsləhət gördü. Hiss etmirsiz ki, turdan tura azarkeşlərin sayı azalır?

- Olimpiya stadionu SOCAR-a verilib. Əgər biz idarələrə müraciət etsək, tribunaları doldurmaq çətin deyil. Amma belə istəmirik. Bu gün Bakıda çıxış edən klublar arasında bilet satışını həyata keçirən bizik. Premyer Liqa klublarından “Kəpəz” də bu işi görür və onların oyununa çoxsaylı azarkeşlər gəlir.

- Respublika stadionunda oynayan zaman komandanı dəstəkləməyə daha çox azarkeş gəlirdi. Yenidən ora dönməyi düşünmürsüz?

- Xeyr, bu haqda düşünmürük. Bu stadion artıq klubun balansına verilib. Bəzi çətinliklər var, bu da “Neftçi” ilə bağlı deyil. Ümumilikdə Azərbayacn futbolu, iqtisadiyyatı ilə bağlı çətinliklərdi. Biz Müşahidə Şurasına seçilən zaman “Neftçi”nin 3 milyon dollar borcu var idi. Həmin vaxt dollar manatdan ucuz idi. Amma dekabrdakı devalivasiyadan sonra məbləğin hara yüksəldiyini düşünün. Bu, klubun borcudu, kimlərinsə üzərinə atmaq istəmirik. Həmin borclar da verilməliydi, yoxsa cəzalar gələcəkdi.

- Bəs uğursuz gedişə nə vaxt son qoyulacaq və komanda azarkeşlərini sevindirəcək?

- Bunu bilsəydik nə dərdimiz? Desəm ki, növbəti oyundan etibarən qələbələri sıralamağa başlayacağıq, bu, ciddi olmaz. Bugünkü oyuna heç də pis başlamamışdıq. “Qəbələ”nin ilk qolunun ofsayddan vurulduğu deyilir. Bunu mütəxəssislər müəyyən edə bilər. İstəyirik ki, komandamız bugünkü oyunun ilk 45 dəqiqəsindəki kimi oynasın. Təbii ki, yaxşı oyunu izləməyə azarkeş də gəlir. Keyfiyyətsiz futbola kim gələr?! Qarşıda “Xəzər Lənkəran”la vacib oyunumuz var. Mütləq qalib gəlməliyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail