"Neftçi"nin qapıçısı: "Ümidimiz həmin oyunadı" - MÜSAHİBƏ

06.03.2016 | 4338 dəfə oxunub

"Neftçi"nin qapıçısı Aqil Məmmədov "Qəbələ"yə 162 hesablə məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb:

- Fasiləyə üstün yollandığınız oyunda niyə məğlub oldunuz?

- Oyuna yaxşı başlamışdıq. Yaxşı da oynayırdıq. Sağ olsun, baş hakim aləmi qatdı bir-birinə. Oyunun axarını dəyişməyi heç kim onun kimi bacarmazdı. Qardaşım, bacarmırsan, get başqa işlə məşğul ol, vacibdi hakim olasan?

- Konkret hansı epizodlardan narazı qaldınız?

- Birinci hissədə eyni futbolçu məni 3 dəfə vurdu. Bunun birini keç, ikisini keç. Üçüncüdə vərəqə vermək lazım idi, ya yox?

- Qol epizodunda Dodo sizə qarşı kobud oynamışdı?

- Futbolçu qaydanı pozduğunu özü etiraf elədi. Qol epizodunda mənə qarşı kobuud oynamışdı. Bəs bu qapıçı meydançası nədən ötrüdü? Sağ olsun, Ömər Paşayevi. Bizə qarşı əlindən gələni etdi. “Neftçi”ni “sındırmaq” bu qədər asandı. Başqa söz demirəm.

- İkinci hissədə yan xətt hakiminə yaxınlaşıb, nə dediniz?

- Referi bunu görmürsə, köməkçisi görməlidi. Baş hakimə kömək edə bilmirsənsə, niyə gəlmisən, yan xətdə nə işin var? Haqqı deyirəm, kim inciyir özü bilər.

- Məğlubiyyətin günahkarı hakimdi?

- Üçüncü dövrə başlayandan hakimlər bizə qarşı ədalətsiz qərarlar verirlər. Penaltimizi vermirlər, rəqibə qırmızı vərəqə göstərilməli epizodda bunu etmirlər. Əksinə, ya oyunumuzu, ya da futbolçularımızı “sındırırlar”. Bu gün Ömər Paşayev ikinci hissədə “Qəbələ”dən oynayırdı.

- Kubok oyununu da saysaq son 4 matçda məğlub olmusunuz. Bu yenilgilərdə komandanın günahı nə qədərdi?

- Bizim də səhvlərimiz var. Bunu inkar etmirəm. Amma bu qədər qərəzli olmaq... Çempionatın səviyyəsini aşağı salırlar.

- Əsgər Abdullayev istefa verdi. Buna münasibətiniz necədi?

- Gəlib, bizimlə sağollaşdı. Çox pis oldum. Bizə böyük qardaş idi. Onun da günahı yoxdu. Yazıq neyləsin... Hakimlər bizə qarşı çox ədalətsizdilər. “Qəbələ” qol vurmasaydı, Ömər Paşayev vuracaqdı. Birinci qolda mənə qarşı cərimə yoxdursa, əlcəklərimi qoyub gedirəm. Gəlsin, epizodun təkrarına baxaq.

- “Xəzər Lənkəran”la oyundan nə gözləyirsiniz?

- Ümidimiz həmin oyunadı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail