Tərlan Quliyev: "Onların gəlişindən sonra maaşlarımız veriləcək" - MÜSAHİBƏ

08.03.2016 | 2996 dəfə oxunub

“Kəpəz”in müdafiəçisi Tərlan Quliyevin müsahibəsini təqdim edirik: 

- Çempionatın son turunda səfərdə “Rəvan”a 3:1 hesablı qalib gəldiniz. Eyni zamanda cari mövsüm Premyer Liqada ilk böyükhesablı səfər qələbəsinə sevindiniz...

- Qələbə elə də asan başa gəlmədi. Əksinə çətin oyun oldu. Xüsusən də matçın ilk hissəsi ağır keçdi. Amma bunu əvvəlcədən bilirdik. Çünki  "Rəvan” döyüşkən komandadır. Əbəs yerə kubokda "İnter”ə qalib gəlmədilər. Amma biz bu matça yaxşı hazırlaşmışdıq və diqqətli oynadıq. Düzdür, 3-cü qolu tez vurduq deyə komandada bir qədər boşluq yarandı. Əsas odur ki, oyun istədiyimiz kimi başa çatdı.
 
- "Rəvan” dişinizə görə rəqib idi?

- Biz “Qarabağ”, “Qəbələ” kimi komanda deyilik ki, AZAL-a, "Rəvan”a yuxarıdan aşağı baxaq. Buna ixtiyarımız da yoxdur. Yeni yaranmış komandayıq və futbolçularımız da gənclərdən ibarətdir. Fikrimcə "Rəvan” dişimizə görə komanda idi. 
 
- Turnir cədvəlinə baxanda elə də pis mövqedə qərarlaşmamısınız. Səncə, çempionatın sonuna doğru “Kəpəz” hansı uğuru əldə edə bilər?

- Çox istərdik ki, turnir cədvəlində yaxşı mövqedə qərarlaşaq və avrokuboklara qatılaq. Amma Avropa Liqasına vəsiqə qazanmağa 6-7 komanda namizəddir. Kim güclüdürsə, kimin bəxti gətirəcəksə, o da Avroliqaya gedəcək. Biz də bunun üçün tər tökəcəyik. Şansımız yüksəkdir. İkinci dövrədə yaxşı futbol sərgiləyirik. "Qarabağ” və "İnter”ə məğlub olduğumuz matçlarda da asanlıqla tabe olmamışıq. Hətta deyərdim ki, “Qarabağ”la oyunda onların bəxti gətirdi, qələbə qazandılar. Önümüzdəki oyunlarda maksimum nəticələr əldə etməliyik.

- Çempionata hazırlıqlarınızı Bakıda və Yevlaxda keçirirsiniz. Bu, sizdə yol yorğunluğu yaratmır?

- Açığı, yorğunluq olur. Bazamızın olmaması bizə çətinlik yaradır. Amma indiki vəizyyətdə yorğunluğu nəzərə almırıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırq. 
 
- Oyununda sanki Rəşad Sadıqov üslubu var. Bu nədən irəli gəlir?

- Bunu mənə çox adam deyib. Amma mənim məqsədim özümü Rəşad Sadıqova bənzətmək deyil. Düzdür, mən Rəşada hörmətlə yanaşıram və onun oynadığı futbol göz qabağındadır. Ondan nəsə öyrənmək olar. Necə ki, onun təcrübəsindən yararlanıram da. "Qarabağ”da olanda ondan məsləhət alırdım. Amma niyyətim özümü Rəşad Sadıqov kimi aparmaq deyil. Hamı mənim xasiyyətimi bilir və meydanda nə qədər istəkli olduğuma bələddir. 
 
- Rəşadın davamçısı olmaq necə, istəyirsənmi?
 
- Əlbəttə, istəyərəm.

- Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu oyundan sonra paltardəyişmə otağına gələrək sizə nə dedi?

- Aylıq maaşımızda 1 həftə gecikmə olmuşdu. Mikayıl Nərimanoğlu bizə bildirdi ki, rəhbərlik hazırda xaricdədir, onların gəlişindən sonra maaşlarımız veriləcək.

- Növbəti turda "Xəzər Lənkəran”la qarşılaşacaqsınız. Cənub klubuna qarşı oyun haqda nə deyə bilərsiniz?

- "Xəzər Lənkəran” yaxşı komandadır. Çempionatda asan rəqib yoxdur. Oyuna qələbə qazanmaq üçün çıxacağıq. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail