Roman Qriqoruk: "Mənim üçün bunun heç bir fərqi yoxdur" - MÜSAHİBƏ

09.03.2016 | 2542 dəfə oxunub

“Qəbələ” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda doğma meydanda “Zirə”ni 4:1 hesabıyla məğlub etdi. Stadium.Az xəbər verir ki, oyundan sonra “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb: 

- Yəqin ki, hesabdan razısız...

- Əlbəttə. Əla nəticə idi. Komanda bu cür qələbə qazananda sevinirəm.

- Asif Məmmədov ümumi ansambla qoşula bilib?

- Bu gün meydana çıxanlardan hamısı tam hazır futbolçulardı. Həmçinin də Asif.

- "Zirə" çempionatda "Qəbələ"yə çətinlik yaratsa da, kubokda bu komandaya iki oyunda 7 qol vurduz.  “Zirə”dən öyrənə bilmədiyiniz nəsə qalıb?

- Biz rəqiblərimizi maksimum analiz edirik. Bu rəqib haqda da hər şeyi öyrənmişik. Ancaq bu oyunu bir kənara qoymalıyıq. İndi ancaq “Zirə”ylə çempionatdakı oyunu düşünürük.

- Bugünkü qələbə komandada arxayınlıq yarada bilər?

- Qələbə komandada eyforiya yaratmamalıdı. Bunun üçün müvafiq addımlar atacağıq.

- Kubokun finalının Gəncədə keçiriləcəyi deyilir. Sizcə, oradakı meydanda oynamaq komandalar üçüb uyğundur?

- Bu gün Gəncə stadionunun meydançası buna imkan vermir. Meydança qaydaya salınsa, əlbəttə, finalı orada keçirmək olar.

- Sizcə, çempionatda və kubokda ən güclü rəqibiniz hansıdı?

- Hər hansı komandanın adını çəkmək istəməzdim. Sadəcə, onu demək istəyirəm ki, deyilənlərin əksinə, Azərbaycan çempionatı heç də zəifləməyib. Düşünürəm ki, komandaların bir çoxunun səviyyəsi bərabərdi. Kim daha yaxşı hazırlaşırsa, o da qalib gəlir.

- Yarımfinalda kimi rəqib görmək istəyərdiniz: "Xəzər Lənkəran"ı, yoxsa "Neftçi"ni?

- Mənim üçün bunun heç bir fərqi yoxdur. Bu komandalardan hansı bizə rəqib olsa, deməli, daha güclüdür.  

- Adətən, Qəbələdə komandanızın oyununu çoxsaylı media nümayəndələri izləyəndə böyük hesabla qalib gəlirsiniz.

- Yox, mən heç də futbolçulara media gəldikdə daha yaxşı oynayın təlimatı vermirəm. Belə statistika varsa, mən özüm media mənsubları üçün taksi göndərərəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail