Fariz Nəcəfov: "Belə asan qələbə qazanacağımızı gözləmirdim" - MÜSAHİBƏ VİDEO

09.03.2016 | 2542 dəfə oxunub

“Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Zirə"yə 5:1 hesabı ilə qalib gəldikləri görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb:


- Belə asan qələbə qazanacağımızı gözləmirdim. Uşaqlar sonadək istədiyimiz oyunu nümayiş etdirdilər. Özümüzə növbəti mərhələdə uğurlar arzu edirəm. Hesabın belə böyük olmasının səbəbi futbolçularımızın istəkli olmasından irəli gəlirdi. Neçə oyun idi ki, qol imkanlarından istifadə edə bilmirdik.

- Bu gün görmək istədiyiniz əsl "Qəbələ"nin meydanda olduğunu söyləyə bilərik?

- Hələ də çatışmazlıqlar var. Bunu görmək üçün mütəxəssis olmaq lazım deyil. Tədricən ideala komandaya yaxınlaşırıq.

- Rəşad Eyubov artıq ikinci oyundur ki, qol vurur. Onun oyunu sizi nə dərəcədə razı salır?

- Əsas odur ki, baş məşqçi ondan razı qalsın. İnanıram ki, məşqçi ondan istədiklərini ala bilir.

- Klubda sanki canlanma hiss olunur...

- Bu, hər zaman baş verir.

- Bugünkü qarşılaşma zamanı azarkeşlər Cavid Hüseynovun ad gününü də unutmadılar...

- Bu gün Cavid Hüseynovun ad günü idi. O, azarkeşlərin yaddaşında qalıb. İnanırıq ki, yaxın günlərdə günahsız olduğu sübuta yetiriləcək və Cavid azadlığa çıxacaq.

- Yarımfinalda hansı rəqibi arzulayırsız?

- Bunun artıq heç bir fərqi yoxdur. Əgər kuboku qazanmağı qarşımıza məqsəd qoymuşuqsa, rəqibin kimliyi bizi maraqlandırmamalıdır.

- Sizcə, avrokuboklara gedən yol kuboku qazanmaqdan keçir?

- Biz çempionluqla yanaşı, kuboku da qazanmaq istəyirik. Hər iki cəbhədə mübarizəni davam etdiririk. Bunun üçün öz oyunumuzu oynamalıyıq.

- Bəs, bu dəfə avrokuboklarda hədəfiniz nə olacaq?

- Hədəfimiz dəyişməz olaraq qalır. Yenə qrup mərhələsinə düşməyə çalışacağıq. Düzdür, bu, Azərbaycan futbolunda artıq 4 dəfə baş verib. Ancaq biz bunu davamlı etməliyik. Bu gün reallıq budur ki, Avroliqada yarımfinala qədər irəliləməyə gücümüz yoxdur. Amma qrupa düşə bilirik. Bu, ölkəmiz üçün çox vacibdir. 10 il bundan öncə futbolumuzda belə inkişaf yox idi. Zamana ehtiyacımız var. Bir-iki il öncə Premyer Liqadakı rəqabət daha güclü idi. Bu gün vəziyyətin belə olmasının səbəbini də hamımız bilirik.

- Yayda "Qəbələ"də daha səviyyəli legionerlər görə bilərik?

- "Qəbələ" az müddət ərzində yaxşı futbolçuları dəvət etməyə çalışıb. Marat İzmayılov, Aleksey Qayı buna misal çəkmək olar. Bu gün 20-21 yaşlı əcnəbi gənc ulduzların Azərbaycan çempionatında çıxış edəcəyi reallıqdan uzaqdır. Ancaq çalışırıq ki, sistemimizə, məşqçinin istəyinə uyğun olan futbolçunu heyətə cəlb edək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail