"Neftçi"nin sabiq yarımmüdafiəçisi: "Neftçi" həmişəlik qəlbimdədir"

13.03.2016 | 3615 dəfə oxunub

Stadium.az "Neftçi"nin sabiq yarımmüdafiəçisi Julius Vobayın müsahibəsini təqdim edir:


- Sloveniya "Olimpiya"sında işləriniz necə gedir?
- Hər şey əladır. Bu komandada iki oyun keçirmişəm. "Koper"ə qalib gəlib, "Maribor"la heç-heçə etmişik. Hazırda birinci pillədə qərarlaşmışıq.

- Yəqin ki, Azərbaycan çempionluğundan sonra Sloveniya çempionatının da qızıl medalını qazanmaq istəyirsiniz...
- Əlbəttə. "Olimpiya" Sloveniyanın ən yaxşı klublarından biridir. Hazırda lider olsaq da, "Maribor", "Domjale" əsas rəqiblərimizdəndir. Arxayınlaşmaq olmaz.

- "Neftçi"ni unutmamısınız?
- "Neftçi"ni necə unutmaq olar? Bu komanda həmişəlik qəlbimdədir. Bu klubu unutmayacağam. Çünki "Neftçi"ni çox sevirəm.

- Komandanın indiki vəziyyətindən xəbəriniz var?
- Bəli. Bilirəm ki, hazırda işləri qaydasında getmir, istədiyi mövqedə deyil. Yəqin ki, bu nəticələrə görə özləri məsuliyyət daşıyırlar.

- Sizcə, komandanı bu vəziyyətdən necə çıxarmaq olar?
- Mən orada deyiləm. Buna görə heç nə ilə kömək edə bilmərəm.

- Nikolas Kanalesin komandaya qayıtmasından xəbəriniz var?
- Bəli, bilirəm. Onunla əlaqə saxlayıram. O, "Neftçi"yə qayıtması barədə mənə də danışıb və ona uğurlar arzulamışam. İnanıram ki, vurduğu qollarla "Neftçi"yə çox kömək edəcək.

- Bəs siz necə, qayıdıb "Neftçi"yə kömək etmək istəyərdiniz?
- Mən bu komandaya kömək etməyə həmişə hazıram. Amma bunun üçün gərək yaxşı təklif irəli sürsünlər.

- Sizə elə gəlmir ki, bu komandanın əsas problemi tez-tez baş məşqçi dəyişikliyindədir...
- Bunun da öz rolu var. "Neftçi"də komandanı dəstəkləməyə ehiyac var. Ümid edirəm ki, bu klubda hər şey qaydasına düşəcək. (azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail