Nikolas Kanales: "Liqada durumumuzun yaxşı olmadığını bilirik" - MÜSAHİBƏ

13.03.2016 | 3141 dəfə oxunub

"Neftçi" bu gün Azərbaycan Premyer Liqasının 25-ci turunda səfərdə AZAL-la 1:1 hesablı heç-heçə etdi. Stadium.Az xəbər verir ki, "Neftçi"nin qolunun müəllifi Nikolas Kanales oyundan sonra jurnalistlərə müsahibə verib:

- Oyunla və vurduğunuz qolla bağlı nə deyə bilərsiniz?

- Qol vurduğuma görə çox xoşbəxtəm. Çünki 6-7 ay idi ki, fərqlənə bilmirdim. Bu da mənim üçün çox sıxıcı idi. Nəticəyə gəldikdə, bizim üçün gözlənilməz oldu. Oyun ərzində bizim qol vurmaq və nəticədə qələbə qazanmaq üçün şansımız çox idi. Heç-heçə yaxşı nəticə deyil.

- Süni meydan amili əksər hallarda qonaq komandanın zərərinə işləyir. Siz necə, bu gün bunu hiss etdinizmi?

- Şəxsən mənim üçün problem deyildi. Komandamız da qol vurmaq üçün xeyli imkan əldə etdi. Meydan amili bəlkə də 1-2 faiz AZAL-ın xeyrinə avantaj yaratdı.

- Vurduğunuz qolla geri dönüş mesajı verdiyinizi demək olarmı?

- Niyə də yox? Oyun ərzində fərqlənə biləcəyim yeganə şans idi və bunu boşa vermədim.

- “Neftçi” hər zaman üst sıralarda yer alıb. Bakıya qayıtdınız və komandanı yeddinci pillədə gördünüz, bu, sizin üçün təəccüblü gəlmədi?

- Əvvəlki komanda ilə müqayisədə fərq böyükdü. Ancaq futbolçular buna alışmalıdılar. Çünki bu problem təkcə “Neftçi”də deyil. Maliyyə problemi ölkənin bütün sahələri ilə bağlıdı.

- Bu gün meydanda Vobayı və ya Flavinyonuu axtardınızmı?

- Onlar üçün darıxıram. İki il ardıcıl olaraq bir komandada çıxış etmişik.

- Fərqlənməklə klubun yubiley qolunun müəllifi olduğunuzu bilirsiz?

- Ümid edirəm ki, növbəti qolları da vuracağıq.

- Komandanın mükafatçılar sırasına düşmək şansını necə dəyərləndirirsiniz?

- Bütün şanslarımızı dəyərləndirməliyik. Çempionluq üçün mübarizə aparmağın çətin olacağı məlumdu. Liqada durumumuzun yaxşı olmadığını bilirik, buna görə də kubokda finala yüksəlməli, sonda qalib gəlməliyik. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail