Tahir Süleymanov: "Bu, "Neftçi" üçün utancvericidir" - MÜSAHİBƏ

20.03.2016 | 4614 dəfə oxunub

"Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanovun müsahibəsini təqdim edirik:

- "Neftçi"nin "Kəpəz"ə 2:3 hesabıyla uduzduğu oyunla bağlı nə deyə bilərsiniz?
- Böyük tarixə malik klub elə bir vəziyyətə düşüb ki, indi ondan heç kim qorxmur. Hətta autsayderlər də bu komandaya "Bakcell Arena"da qalib gəlirlər. Mən hələ "Kəpəz" barədə danışmırm. Komanda autsayderlər qrupuna doğru irəliləyir. Klubun böyük problemləri var.

- Yəni hər şey o qədər pisdir ki, "Neftçi"nin futbolçuları mətbuata müsahibə vermək də istəmir?
- Hər şeyə görə futbolçuları günahlandırmaq olmaz. Bir neçə futbolçu zəif çıxış etsəydi, buna bəraət qazandırmaq olardı. Amma bütövlükdə komanda yaxşı oynamırsa, buna görə məşqçilər korpusu günahkardır. Cavid İmamverdiyevlə Araz Abdullayev bizim rəhbərliyimiz dövründə komandanın əsas heyət oyunçuları oldular. Hansı ki, onların sayəsində klub ilk dəfə Avropa Liqasının qrup mərhələsində çıxış etdi. İndi bu futbolçular niyə belə zəif çıxış edirlər? Hələ legionerlərin səviyyəsi barədə danışmıram. Klub niyə Elvin Yunuszadədən imtina etdi? İndi bu futbolçu "Qarabağ"ın "Qəbələ" üzərində qələbə qazanmasında pay sahibi olur. Klub düzgün idarə olunmur. Məşqçiləri əlcək kimi dəyişirlər. Bizim dövrümüzdə mükafat qazanmadığımız mövsüm olmurdu. İndi isə ondan heç söhbət də gedə bilməz.

- Siz rəhbərliyi həmişə komandanın çıxışına görə tənqid edirsiniz. Bəlkə hər şeyə görə rəhbərlik günahkar deyil?
- Gede "Neftçi"ni pis günə qoyandan sonra biz qısa müddət ərzində problemləri yoluna qoya bildik. Klubun idarəetmə sistemi düzgün qurulmalıdır, düzgün çalışmalıdır. Hətta ən kiçik uğursuzluq olanda da buna görə xalqa hesabat verirdik. "Neftçi"nin indiki rəhbərliyi futbolu bilmir. Şəxsən mən bilmədiyim sahədə çalışmaram. Çingiz Abdullayevə böyük hörmətim var. O, "Neftçi"nin böyük klub, böyük hədəflərinin olduğunu dəfələrlə qeyd edib.

- Hazırda komandanı müvəqqəti olaraq idman direktoru Vəli Qasımov çalışdırır. Sizcə, komandanın sükanı arxasına kim gətirilməlidir?
- Belə vəziyyətdə uğur qazanmaq olmaz. Mən vəziyyətin bu hala gələcəyini bilirdim. Son bir ildə komandaya dörd məşqçi gətirilməlidir. Amma "Neftçi"nin problemi məşqçilikdə deyil.

- "Neftçi"nin artıq altıncı pillədən yuxarı çıxacağı inandırıcı görünmür...
- Bu, yeganə hədəfi çempionluq olmalı olan bir klub üçün utancvericidir.

- Amma "ağ-qaralar" ölkə kubokunu qazanmaq şansını saxlayır...
- Ola bilər ki, bəxtləri gətirsin. Amma bunun üçün "Qəbələ" və "Qarabağ" kimi rəqiblərə qalib gəlmək lazımdır. Xalqın komandasını xilas etmək lazıdmır. "Neftçi" azarkeşlərinə böyük səbr diləyirəm.(azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail