"Bu, bizim üçün böyük itkidir" - MÜSAHİBƏ

20.03.2016 | 3105 dəfə oxunub

"Neftçi" iə oyunda komandasına qələbə gətirən qolun müəllifi olan "Kəpəz"in yarımmüdafiəçisi Şəhriyar Rəhimovun jurnalistlərə müsahibəsini təqdim edirik: 

- Qələbə barədə nə deyərdiniz?
- Layiqli qələbədir. İlk 5 dəqiqədə yaxşı çıxış etmədik. Amma sonradan ilk yarı tamamilə bizim üstünlüyümüz şəraitində keçdi. 2:0-dan sonra daha çox müdafiəyə diqqət yetirməyə başladıq. Buna görə də rəqibin qapımız qarşısında təhlükəli vəziyyətləri artmağa başladı. Xoşbəxtlikdən, 2:2-dən sonra da qol vura və qələbə qazana bildik.

- Rəqib hesabı bərabərləşdirəndə üçüncü qolu da buraxacağınızı düşünmədiniz?
- Həmin anda psixoloji üstünlük "Neftçi"nin tərəfində idi. Amma biz də öz şansımızı gözləyirdik. Son ana qədər uğur qazanacağımıza inanırdıq.

- Sizcə, qapınıza təyin olunan penalti ədalətli qərar idi?
- Meydanda hər şeyi kənardakı kimi görmək olmur. Amma mən Şəhriyarın bir qədər Anyeteni tutub saxladığını gördüm. Dəqiq fikri yalnız epizodun təkrarına baxdıqdan sonra söyləmək olar.

- Komandanızın qələbə qolunu siz vurdunuz. Amma həmin anda meydan sahibləri hakimi alqışlamaqla qolun ofsayddan vurulduğunu iddia edirdilər...
- Top mənə "Neftçi"nin oyunundan gəldi. Odur ki, həmin epizodda heç bir ofsayd yox idi. Həm də qolu kimin vurmasının əhəmiyyəti yox idi, əsas komandamızın qələbə qazanması idi. "Kəpəz" neçə il idi "Neftçi"yə qalib gələ bilmirdi. Xoşbəxtlikdən bu uğursuz gedişata son qoyduq. "Kəpəz"in bu rəqibinə 11 il idi qalib gələ bilməməsi müəyyən qədər bizdə əlavə motivasiya da yaratmışdı. Səhv etmirəmsə, "Kəpəz" "Neftçi" üzərindəki sonuncu qələbəsini də elə Şahin Diniyevin rəhbərliyi altında qazanmışdı.

- Bu qələbəni həm də avrokuboklara vəsiqə qazanmaq iddianızın olduğuna işarə saymaq olar?
- Bəli, Avropa Liqasında oynamaq istəyirik. Bunu kim istəməz ki? Əlimizdən gələni edəcəyik ki, buna nail olaq.

- Klubunuzun elə də böyük büdcəsi yoxdur və belə şərtlər altında Avropada çıxış etmək istəyirsiniz?
- Bəli, bəzi klublarla müqayisədə bizim klubun büdcəsi elə də böyük deyil. Amma komandadakı yaxşı atmosfer hamımıza təsir edir. Maaşlarda elə də gecikmə olmur. Məsələn, bu ay maaşlarımız beş gün gecikmişdi. Amma ondan əvvəl heç bir gecikmə olmamışdı. Hazırda ölkənin ən yaxşı komandası olmasaq da, baxımlı futbol sərgiləyirik və ən azından dördüncü ola bilərik.

- Qarşıda sizi bu mövsüm iki dəfə heç-heçə etdiyiniz debütant "Zirə" ilə oyun gözləyir...
- Həmin oyunda Julien Ebah bizə kömək edə bilməyəcək. Bu, bizim üçün böyük itkidir. Dario Junior da uzun müddətdir komandamıza kömək edə bilmir. Amma istənilən halda növbəti oyunda da uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail