Robert Prosineçki: "Komandamın hazırlıq səviyyəsindən razıyam" - MÜSAHİBƏ

26.03.2016 | 3672 dəfə oxunub

Bu gün Antalyada təlim-məşq toplanışı çərçivəsində Qazaxıstanla oynayacaq Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki oyunöncəsi jurnalistərin suallarını cavablandırıb.

- Qazaxıstan yığması ilə sabahkı görüşdə sizin üçün nəticə, yoxsa oyun sisteminin təkmilləşməsi vacibdi?

- Hər oyun bizim üçün vacibdi. Təbii ki, istər yoldaşlıq görüşü olsun, istərsə də rəsmi matç, biz hər bir oyunda meydana uğurlu nəticə üçün çıxırıq. Artıq 6 gündü təlim-məşq toplanışı keçirik. Komandamın hazırlıq səviyyəsindən razıyam. Oyunumuzu getdikcə təkmilləşdiririk. Son görüşümüzü yaxşı keçirmişdik. Bunu Qazaxıstanla matçda da davam etdirmək istəyirik.

- Rəqib barədə hansı məlumatlar toplamısınız?

- Rəqibin son iki oyununu izləmişəm. Xüsusən də, Latviya ilə görüşü qeyd edərdim. Latviya ilə son qarşılaşmada Qazaxıstan yığması güclü təsir bağışlamışdı. Güclü və ciddi rəqib bizi gözləyir. Bir sözlə, maraqlı mübarizə olacaq.

- Son yarım ildə millidə müəyyən dəyişikliklər oldu. Xüsusən də, gəncləşdirmə siyasəti aparıldı. Komandanın hazırkı heyətinin durumu ürəyinizcədimi?

- Artıq bir il 3 aydı ki, bu komandanı çalışdırıram. Bu müddətdə xeyli müsbət iş görmüşük. Heyətə gənc futbolçular cəlb etmişik. Təcrübəli oyunçular da komandaya kömək edirlər. 3 futbolçunu heyətə cəlb edə bilmədik. Xüsusən də, Rahid Əmirquliyev və Eddi israfilovu qeyd etmək istərdim. İkincinin klubu "Kordoba”da çox vacib çempionat oyunu olacaq. Bu üzdən baş məşqçiləri Eddini çağırmamağımı xahiş etdi. Rahidlə Eddi AVRO-2016-nın seçmə mərhələsindəki oyunlara müntəzəm dəvət alan futbolçular idi. Fikrimcə, gənc və təcrübəli oyunçuların vəhdətindən yaxşı kollektiv formalaşdıra bilmişik.

- DÇ-2018-dəki şanslarınızı necə dəyərləndirirsiniz?

- Seçmə mərhələdə çox çətin qrupa düşmüşük. Almaniya, Çexiya, İrlandiya, Norveç və San Marino ilə mübarizə aparacağıq. Bu qrupdakı komandalardan 3-ü Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Çox güclü qrupdu. Əlimizdən gələni edəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail