Ruslan Abışov: "Bu barədə danışmağın mənası yoxdu" - MÜSAHİBƏ

27.03.2016 | 4448 dəfə oxunub

Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışov Qazaxıstan seçməsiylə oyundan sonra jurnalistlərə müsahibə verib:

- Düşünmürsən ki, bir həftəlik toplanış boşa getdi?

- Baxmayaraq ki, yoldaşlıq oyunudu, ancaq qələbə üçün hazırlaşırdıq. Amma həmişəki kimi standard vəziyyətdən qol buraxdıq. Real qol şansımız olmasa da, çalışırdıq ki, ən azı hesabı bərabərləşdirək. Ancaq olmadı. Qarşıda Avstriya toplanışı var. Yaxşı hazılaşmalıyıq ki, belə səhvlər buraxmayaq.

- Qazaxıstan bizdən daha güclü idi, yoxsa bəxtləri gətirdi?

- Bu 3 xalı biz qazansaydıq daha yaxşı olardı. Bilirdik ki, reytinq cədvəlinə təsir edəcək. Bunun üçün şansımız var idi. Artıq oyun qutarıb, bu barədə danışmağın mənası yoxdu. Əgər biz yüz fazilik epizodları qola çevirə bilmiriksə, bəxtdən söhbət gedə bilməz. Burada ustalıq, peşəkarlıq lazımdı.

- Hücumun müsbət sonluqla başa çatmasında problem var...

- Bu barədə heç nə deyə bilməyəcəm. Komandanın baş məşqçisi var. Əlbəttə ki, məşqçilər korpusu oyunları təhlil edir. Səhvləri onlar yaxşı görürlər. Hansı mövqedə səhvlər olduğunu görüb, aradan qaldıracaqlar.

- Öz oyunundan necə, razı qaldın?

- Açığı, belə oynayacağımı gözləmirdim. Çünki matçın sonuna 15 dəqiqə qalmış oynadım. Gücüm çatanı elədim. Hələ ki, səbr edirəm. Çalışacam ki, bundan sonra hər şey daha yaxşı olsun.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail