Rəşad Sadiqov: "Öz aralarında məsləhətləşib, penalti verdilər" - MÜSAHİBƏ

31.03.2016 | 3784 dəfə oxunub

"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqov Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Oyunla bağlı fikirləriniz?
- Oyuna yaxşı başladıq, qol da vurduq. Ardından daha 3-4 qol vəziyyətimiz oldu, amma onlardan yararlana bilmədik. İkinci hissədə öz qapımızda qol görən kimi, komandamız özünü itirdi. Dərhal hücuma atıldıq. Rəqib isə bizi əks-hücumda yaxalayıb, ikinci qolu da vurdu. AZAL bu oyunda cəmi üç qol vəziyyəti yaratdı, onların ikisindən maksimum yararlandı.

- Ötən il AZAL-a 5:0 hesabıyla qalib gəlmişdiniz. Həmin oyundan sonra Roman Qriqorçukun yaxşı məşqçi olduğunu demiş və bildirmişdiniz ki, o, saniyələrə qədər qol vurmağa davam etməyinizi istəyir. Baş məşqçiniz bu dəfə qarşınıza belə tələb qoymağı unutmuşdu?
- AZAL-la oyunda arxayınlıq yox idi. Bu komandanın necə çətin rəqib olduğunu da yaxşı bilirdik. Döyüşkən komandadır. Həm də 1:0 arxayınlığa əsas verən üstünlük deyil, sürüşkən hesabdır. Buna görə daha 2-3 qol vurmaq istəyirdik ki, rahat oynayaq. Amma biz vura bilmədik, rəqib şanslarından yararlandı və uduzduq.

- AZAL hesabda önə keçəndən sonra "Qəbələ" 3-5-2 taktikası ilə oynamağa başlasa da, bunun da sizə faydası olmadı...
- Məğlub durumda olanda gərək hər variantı yoxlayasan. İki hücumçu ilə oynamaq olar, üç hücumçu ilə də. Risk etmək lazımdır. 1:2 və 1:3 hesabıyla uduzmağın heç bir önəmi yoxdur.

- Penalti barədə fikriniz?
- Baş hakim penalti təyin etdi, amma yan xətt hakimi onunla razı deyildi. Öz aralarında məsləhətləşib, penalti verdilər. Top AZAL-ın futbolçusunun əlinə dəymişdi.

- "Qəbələ" artıq üçüncü oyundur 1:2 hesabıyla uduzur. Komandada nə baş verir?
- Düzünü deyim ki, nə baş verdiyini anlamıram. Çox çətin vəziyyətdəyik. Əslində, yaxşı oynayırıq, qol da vururuq, amma uduzuruq. Komanda özünə inamı itirib.

- Komandanı bu vəziyyətdən nə xilas edə bilər?
- Sonadək mübarizə aparmaq lazımdır. "Qəbələ" hazırda layiq olduğu yerdə deyil. Düzüün deyim ki, evə getməyə utanıram. Bütün tanışlar, dostlar soruşur ki, nə olub, "Qəbələ" niyə yenidən məğlub oldu? Nəsə etmək lazımdır.

- Bu mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış edən "Qəbələ"nin avrokuboklara vəsiqə qazana bilməməsi uğursuzluq sayılacaq?
- Xeyr, bu uğursuzluq yox, faciə olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail