AZAL-ın vitse-prezidenti: "Avrokuboklara getsək..." - MÜSAHİBƏ

02.04.2016 | 2914 dəfə oxunub

AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov klubun rəsmi saytına müsahibə verib. Stadium.Az bu müsahibəni təqdim edir:

- “Qəbələ” üzərində qələbədən sonra AZAL-ın avrokuboklarla bağlı ümidləri bir qədər də artdı. Mövsümün əvvəlində əsas hədəfi elitada qalmaq olan bir klubun indi hansısa mükafata, yüksək yerlərə iddia etməsi, sizcə, bir qədər təəccüblü görünmür?

- Bu məsələyə sırf qarşıya qoyulan hədəf baxımından baxsaq, təəccüb doguran məqam tapmaq olar. Amma arxada qalan oyunlarda komandanın çıxışının hərtərəfli təhlili göstərir ki, burda qeyri-adi heç nə yoxdu. Sadəcə, gözəl kollektivə və yaxşı təşkil olunmuş komandaya sahib olan AZAL mübarizliyi, baxımlı oyunu ilə lazım olan nəticələri qazanaraq bu səviyyəyə yüksəlib. Tərlan Əhmədovun rəhbərlik etdiyi məşqçi korpusunun gördüyü düzgün işlər nəticəsində AZAL autsayder imicindən qurtula bildi. İlk 5 turda düçar olduğumuz uğursuzluq bizi qorxutmadı. Özümüz də görürdük ki, komanda futbol oynaya bilir, onun öz stili var. Sadəcə, qələbə üçün zamana ehtiyac var idi. Bu gün çempionatın liderləri ilə rəqabət aparırıqsa, deməli, mövsümün əvvəlində düzgün strategiya seçmişik. Baş məşqçimiz Tərlan Əhmədov bu yükün altına girəndə qorxmadı, bizə ümid verdi. Onun heyət seçimi, gənc və təcrübəsiz futbolçularla təcrübəlilərin vəhdətini yaratmaq bacarığı bu günkü uğurlarımızın əsasıdı.

- Ötən ilin yayında heyətə cəlb olunan futbolçuların əksəriyyəti elita təcrübəsi olmayan gənclər və uzun müddət futboldan kənarda qalanlardan ibarət idi. Onda hamı bunu məcburiyyətdən, yəni maliyyə çətinliyindən irəli gələn addım kimi dəyərləndirirdi. Siz isə bunu baş məşqçinin düzgün heyət seçimi ilə əlaqələndirirsiniz...

- Təəssüf ki, bizim futbolda bu məsələyə maddi duruma görə qiymət verilir. Yəni belə təsəvvür var ki, kimsə pulu az olan kluba gedirsə, deməli, o zəif futbolçudu. Amma bu heç də belə deyil. AZAL-ın builki çıxışı belə təsəvvürlərin yanlış olduğunu bir daha sübut etdi. Götürək elə Rail Məlikovu. Bizə gələnə qədər ölkəmizin ən adlı-sanlı futbolçularından sayılırdı, böyük pullar görmüşdü. “Bakı”, “Neftçi” kimi nüfuzlu komandaların formasını geyinmişdi, Türkiyədə çıxış etmişdi. Rail bəyəm AZAL-a hansısa böyük məbləğdə pula görə gəlmişdi? Şəxsən mən klub rəhbərlərindən biri kimi, onun bu vəziyyətdə bizə gələcəyinə inanmırdım. Tərlan Əhmədov deyəndə ki, Məlikov razılıq verib, bir qədər təəccüb etdim. Deməli, pul önəmli deyil. Burda əsas məşqçiyə, onun işinə inamdı. Sirr deyil ki, AZAL-ın futbolçularının böyük əksəriyyətinin seçimində Tərlan Əhmədov amili əsas rol oynayıb. Rail məhz ona görə bizi seçdi. Mən bu gün komandanın uğurlarında baş məqçi kimi, Railin də rolunu qiymətləndirirəm. O, əsl kapitandı, komandanın lideridi. Rail meydanda öz oyunu ilə yoldaşlarına nümunədi. AZAL-da oyun və məişət nizam-intizamı varsa, bu həm də Railin sayəsindədi. Kapitan kimi futbolçulara qayğı göstərir, onların problemlərinin həllinə çalışır. Bu mənə vaxtilə “Olimpik”də çıxış edən kapitan Tərlan Əhmədovu xatırladır. Tərlan öz ideyasını oyunçulara çatdırmağın yollarını yaxşı bacarır, bir mütəxəssis kimi özünəxas oyun üslubu var. İndi AZAL-da çıxış edənlər haqda heç kim mövsümün əvvəlindəki kimi danışa bilməz. Murad Səttarlı milli komandaya cəlb olunur, ona indidən bir çox klublar “elçi düşüblər”. Ruslan Nəsirli çoxlarının diqqət mərkəzindədi, Kamal Mirzəyev, Tural Hümbətov U-21-in üzvüdü. Tagim Novruzov ikinci cavanlığını yaşayır. Emin Cəfərquliyev, Kamil Hüseynov, İlqar Ələkbərov öz oyunları ilə rəğbət qazanıblar.

- Futbolçularınızdan razılıq edirsiniz, onlara təkliflər gəldiyini deyirsiniz. Bəs çempionatın yekununda onları bu büdcə ilə klubda saxlamaq mümkün olacaq?

- Biz indidən bu məsələləri yoluna qoymağa çalışırıq. Artıq müəyyən planlarımızın həyata keçirilməsinə başlamışıq. Gələn mövsümün planları artıq məlumdu. Klub rəhbərliyi ilə yaxın vaxtlarda bunları müzakirə edəcəyik. Deyə bilərəm ki, gələn çempionatda daha güclü AZAL görəcəksiniz. Büdcə imkanları geniş olan bir klub yaradılacaq. Baş məşqçimiz, demək olar ki, bütün oyunçuları saxlamaq istəyir. Cüzi dəyişiklik olacaq. Problemli mövqelərə bir neçə güclü futbolçu dəvət etməklə komandanı daha da gücləndirəcəyik. Futbolçuların hər biri ilə fərdi danışılacaq və onlara daha yaxşı müqavilə şərtləri təklif ediləcək. Təbii ki, Tərlan Əhmədovun təqdimatı əsasında.

- Deməli, Tərlan Əhmədovla yolunuza dava edəcəksiniz. Onunla yeni müqavilə baglanılacaq?

- Əlbəttə. Tərlan Əhmədov bizimlədi və onun getməsindən söhbət belə, gedə bilməz. Tərlana istənilən şərait yaradılacaq ki, o AZAL-ı daha yaxşı səviyyəyə qaldırsın. Klub rəhbərliyi Əhmədovun işindən razıdı və baş məşqçi məsələsi bizim gündəmimizdə yoxdu. Müqavilənin yenilənməsi isə sadəcə, bir formallıqdı. Bizi Tərlanla bağlayan məqam hansısa sənəd deyil, onunla ümumi fikir, ideya və böyük hədəflər uğrunda mübarizə həvəsi bağlayır.

- Avrokuboklarda iştirakınız üçün şansınız var. Bu gerçəyə çevrilsə, planlarınızda məcburi dəyişikliklər olacaq?

- Biz indi hər oyuna qələbə üçün çıxırıq. Qazandığımız nəticədən asılı olaraq qitəmiqyaslı turnirlərə qatılmaq hüququ qazansaq, yəqin ki, müəyyən dəyişikliklər olacaq. Yəni heyətin komlektləşdirilməsində, futbolçu seçimində daha fəal olacağıq. Avrokuboklara getsək, infrastrukturla bağlı layihələrimizin də həyata keçirilməsinə bir qədər erkən başlayacağıq. Bir sözlə, ehtiyat variantlarımız var və vəziyyətdən asılı olaraq, lazımi işlər görüləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail