Reynaldo: "Həmin epizoda sonradan baxmamışam" - MÜSAHİBƏ

09.04.2016 | 3080 dəfə oxunub

"Qarabağ”ın braziliyalı futbolçusu Reynaldo Silva Azərbaycan Premyer Liqasının 29-cu turunda "Kəpəz”lə oyundan sonra jurnalistlərə müsahibə verib:

- Bu oyun həm sənin, həm də komandan üçün uğurlu oldu...

- Oyunun əvvəlləri mənin üçün bir az çətin idi. Çünki çoxdandır oynamırdım. Komanda yoldaşlarım isə uzun müddətdir birgə oynadıqlarından onlara daha rahat idi. Amma oyunun gedişində mən də alışdım və meydandan qalib ayrıldıq.

- Ancaq oyunun gedişində çoxdan oynamadığın hiss olunmurdu. Sanki əvvəlki formada idin...

- Çox sağ olun ki, mənim haqda belə fikirdəsiniz. Ancaq uzun müddətdir oynamadığımdan, əslində, mənə çətin idi. Uzun fasilədən sonra start heyətində idim. Meydanda olduğum müddətdə üzləşdiyim çətinlikləri aradan qaldırmaq üçün əlimdən gələni edirəm. Komandada hamı, eləcə də azarkeşlər mənə dəstək olur. Mən də özümü yaxşı tərəfdən göstərməyə çalışıram.

- Oyunun diktoru qolun müəllifi kimi sizi elan etdi. Ancaq PFL-nin rəsmi saytında ilk top "Kəpəz”in kapitanı Tural Axundovun avtoqolu kimi qeydə olunub. Qolu kim vurdu?

- Həmin epizoda sonradan baxmamışam. Ancaq hiss etdiyim qədərilə top rəqib müdafiəçiyə dəyərək qapıdan keçdi. Bizim üçün əsas topun qapı xəttindən keçməsidir.

- Bir vaxtlar çempionatımızın bombardiri olmusunuz. İndi bombardirlər siyahısında məhsuldarlıq aşağıdır. Bunun səbəbini nədə görürsünüz: Bəlkə Reynaldonun yoxluğu özünü göstərir?

- Konkret hansısa bir səbəb deyə bilmərəm. Ola bilər ki, komandalar artıq fərdi yox, kollektiv oyuna üstünlük verirlər. Bizim komandada bombardirlər siyahısında olan Riçard Almeyda, Dani Kintananın qol sayının yaxın olduğunu görə bilərik. Mənim fikrim belədir.

- Stadiondakı atmosfer haqda nə deyə bilərsən: Ümumiyyətlə, bugünkü tədbirin nə üçün olduğunu bilirsən?

- Təbii ki, məlumatım var. Komandada mənə bu haqda məlumat veriblər. Sosial şəbəkələrdən də öyrənirəm ki, nələr baş verir. Yalnız onu deyə bilərəm ki, bu cür hadisələr olduqca məyusedicidir. Sevindirici tərəf odur ki, olaylar artıq bitmişdi. Yəni, həm məyusam, həm də sevinirəm.

-"Qarabağ”ın futbolçuları bu hadisəyə əsasən sosial şəbəkədən dəstək verdilər. Ancaq Ermənistan çempionatında ötən tur serbiyalı futbolçu qol vurandan sonra formasını çıxarıb və orada "Qarabağ Ermənistanındır” yazılıb. Niyə Azərbaycandakı legionerlər bu cür dəstək vermirlər?

- Məndə olan məlumata görə, futbolda bu cür şüarlar göstərən oyunçular cəzalana, sarı vərəqə ala bilərlər. Bunları da fikirləşirəm. Ancaq önəmli olan göstərilər deyil, ürəkdir.

- Öz ölkəndə olanda dost-tanışlarına baş verənlərlə bağlı məlumat vermisən?

- Təbii ki, hadisələr dünya mediasına çıxdığından, Braziliyadan da mənimlə əlaqə yaratdılar, vəziyyətimin necə olduğunu soruşdular. Yalnız bu cür suallar oldu.

- Bir daha oynadığın komandanın məsuliyyətini dərk etdin?

-Təbii ki, nəinki mən, komandada hamı "Qarabağ”ın adının əhəmiyyətini daha yaxşı dərk edir. Bizi dəstəkləyən azarkeşlərimizi gözəl oyunla, yaxşı nəticə ilə sevindirməyə məcburuq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail