Roman Qriqorçuk: "Futbol həyatımda belə hakimlik görməmişəm" - MÜSAHİBƏ

09.04.2016 | 6408 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 29-cu turunda "Qəbələ" səfərdə “Sumqayıt”la 1:1 hesablı heç-heçə etdi. Goal.az xəbər verir ki, komandanın baş məşqçisi Roman Qriqorçuk oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Qələbə qazana bilməməyinizin əsas səbəbini nədə görürsünüz?

- Bu gün komandamız qələbəyə yaxın idi. Bütün oyunçularımızın üzündə göz yaşı var. Futbol həyatımda belə hakimlik görməmişəm.

- Yəni qələbə qazana bilməməyinizi hakimin yanlış qərarı ilə əlaqələndirirsiniz...

- İlk növbədə bu sualları özümə verirəm. Anlaşılmayan vəziyyətdir və bunu özüm başa düşməyə çalışıram. Hakim səhvləri yalnız bizə qarşı olur. Buna görə çox məyusuq.

- Əvəzedici komandadan Ehtiram Şahverdiyevi əsas komandaya cəlb etmisiniz. Onu növbəti turlarda meydanda görəcəyik?

- Əvəzedici heyətdən belə futbolçuları əsas komandaya cəlb etmişik. Ehtiram bizim əsas komandamızda bir neçə məşqdə iştirak edir. Yüksək səviyyədə çalışır. Bu gün onu oyuna buraxa bilərdim.

- Ruslan Abışovla aranızda problem yarandığı bildirilir. Bu nə dərəcədə doğru məlumatdır?

- Onu deyə bilərəm ki, Ruslanla aramda heç ir problem yoxdur. Sadəcə, bu gün tam formada olan futbolçuları meydana buraxdım.

- Pavel Paşayevin oynamamasının səbəbi nədir?

- Oyunun gedişində Paşayevi meydana buraxmağı lazım bilmədim. Pavel istənilən vaxtda meydana daxil ola bilər. Onun hər an oynamaq ehtimalı var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail