Təbriz Həsənov: "Bütün futbolsevərlərdən xahiş edirəm ki..." - MÜSAHİBƏ

13.04.2016 | 3196 dəfə oxunub

Gələn ay Bakıda U-17-lər arasında keçiriləcək Avropa çempionatı ilə bağlı bu gün Milli Komandaların Məşq Mərkəzində mətbuat konfransı keçirən millimizin baş məşqçisi Təbriz Həsənov jurnalistlərin suallarını cavablandırıb:

İlk dəfədi Azərbaycan yığması final mərhləsində iştirak edəcək. Hamımız uğur qazanmağa köklənmişik. Komanda dünəndən toplanışa başlayıb. Bu gün yoxlama görüşü keçirəcəyik. Futbolçuların oyun praktikasını artırmaq üçün bu toplanışı təşkil etmişik. Ayın 18-dən etibarən turnirin hazırlığına başlayacağıq. Ola bilsin ki, ayın 29-30-da yoxlama görüşü keçirdik. Tez gələn komandalardan biri ilə qarşılaşa bilərik.

- Heyədə hansısa dəyişiklik olacaq?

- Azərbaycandan kənarda bizim 4 oyunçumuz var. Onlar “Beşiktaş” və “Trabzonspor”da çıxış edirlər. Planımız var ki, daha 3 oyunçu gətirək. Onlardan testlər də götürəcəyik. Ancaq bizə uyğun olmasalar, onlar geri göndəriləcək. Bəzi oyunçularımız idman formasından uzaq düşüblər. Güclü rəqiblərlə qarşılaşacağıq. Onlara qarşı oynaya biləcək heyət qurmağa çalışırıq. Məqsədimiz qrupdan çıxmaqdı.

- Qrupdan çıxmaq şansınızı necə dəyərləndirirsiz?

- Ola bilər ki, Portuqaliya özündən razı olar, biz onlara qalib gələk. Qrupdan 4 xalla da çıxmaq olur. Bizim məqsədimiz qrupdan çıxmaqdı. Neçə xal toplamaq çox önəmli deyil.

- Turnirin favoriti kimi hesab edirsiz?

- Almaniya, Fransa, İngiltərə, Portuqaliya favoritlərdi.


- AFFA rəhbərliyi açıqlama verib ki, hədəf qrupdan çıxmaqdı...

- Bunu biz də istəyirik. İştirak üçün qatılmayacağıq. Ukraynaya qarşı çox yaxşı oyunlar keçirmişik. O cür çıxış etsək, qrupdan çıxa bilərik.

- Portuqaliya adı futbolçulara psixoloji təsir edə bilər. Bunun baş verməməsi üçün hansı addımı atacaqsınız?

- Ən yaxşı psixoloq məşqçidi. Amma lazım olsa, psixoloq da götürərik. Mən uşaqlarda belə hal müşahidə etmirəm. Onlar da dərk edirlər ki, hansı məsuliyyəti daşıyırlar.

- Sizi daha çox nə narahat edir?

- 4 aydı ki, əsas qapıçımız Məhəmməd Hüseynov məşq etmir. Kapitan Elçin Əsədov bir həftədi məşq etmir. Onun da nə zaman qayıdacağını həkimlər deyəcək. “Beşiktaş”lı Hüseyn Seyidlinin də zədəsi davam edir. Əzələsi dartılıb. İki stopper və qapıçımızın olmaması problem yarada bilər. Çalışacağıq onlar tez sağalsınlar.

- Rusiya ilə matçda hücum xəttində ciddi problemlərin olduğu görünürdü...

- Hücum çətin mövqedi. Ötən il 90-a yaxın oyunçu yoxlamışıq. Onlardan 15-20-si hücumçu olub. Amma istənilən səviyyədə futbolçu tapmaq çətindi. Murad Mahmudov yaxşı formadadı. Fərid Nəbiyevi də hücumda yoxlayacam. Onun bacarığı var. Hələlik olanlarımız bunlardı.

- Bu yaxınlarda ölkə başçısı ilə görüşmüsüz. Orda nə söhbət etmisiz?

- Ölkə başçısı hazırlıq barədə soruşdu, bu barədə məlumat verdik. O da dedi ki, gələn komandalar güclü heyətə malikdi. Bu da onu göstərir ki, ölkə başçısı idmanla, futbolla maraqlanır.

- İstədiyiniz dəstəyi ala bilirsizmi?

- Bütün futbolsevərlərdən xahiş edirəm ki, oyunlarımıza gəlsinlər. Jurnalistlər də komandanın motivasiyasını qaldırmaq üçün bizə dəstək ola bilər. Kimin nə işi var, sonraya saxlasın. Bütün xalqımız oyunçularımızdan böyük oyun gözləyir. İnanıram ki, bizə dəstək olacaq. Çünki bu çempionat böyük bayramdı. Təkcə bizim yox, digər matçlarda da azarkeşlərin olacağını düşünürəm.

- Renat Dadaşovun Almaniya yığmasını seçməsinin səbəbini nədə görürsüz?

- Renat Dadaşov bizim U-15 yığmamızda oynayıb. Ancaq o, Almaniyada yaşayır, oranın klubunda oynayır. Yəqin ki, bizi seçsəydi, orda problem yaşaya bilərdi. Oyunu bizi tam qane edirdi. Çox istərdik ki, bizdə oynasın. Gələcəkdə Almaniyada yüksək səviyyəli futbolçumuzun olması sevindirici olar.

- Hər məşqçinin bir hədəfi olur. 17 yaşlılarla Avropa çempionatında iştirak etmək sizin üçün hansı mərhələdi?

- Biz burda uğur qazansaq, mənim üçün də əla olar. İlk dəfədi bu turnirdə çıxış edirik. Azərbaycan futbolunda ən yüksək reytinq bizdə olub. Elit-raundda oynamışıq, ordan o tərəfə gedə bilməmişik. Amma indi ev sahibi kimi qatılmaq imkanımız var. Məncə, hətta qrupdan çıxmaq da bizim üçün böyük uğur olar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail