Elnur Məmmədli Antonio Quintananı müsahibə verməyə məcbur etdi - MÜSAHİBƏ

17.04.2016 | 2813 dəfə oxunub

Premyer Liqasının XXX turunda “Qarabağ”la oyundan sonra təşkil edilən “mix-zona”ya “Neftçi”nin hücumçusu Antonio Quintana da dəvət edildi. İspaniyalı forvard danışmaqdan imtina etdi və komandanın avtobusuna yollandı.

Məsələdən xəbərdar olan klubun icarçı direktoru Elnur Məmmədov avtobusa daxil olaraq, futbolçuya “mix-zona”ya getməyi və jurnalistlərin suallarını cavablandırmağı tapşırdı. Nəhayət, media nümayəndələrinin önünə çıxan futbolçu narazı tərzdə olsa da, sualları cavablandırmalı oldu.

- Jurnalistlərlə danışmaqdan niyə qaçırsınız?

- Bunun xüsusi səbəbi yoxdu. Komandada oyunçular çoxdu. Bəzən danışırıq, bəzən isə yox. Bunun üçün səbəb yoxdu.

- Bu gün bura gəlmək istəməməyiniz “Neftçi”nin uğursuz çıxışı ilə bağlıydı?

- Xeyr, problem yoxdu. Burdayam, istədiyiniz sualları verə bilərsiniz. Komandada oyunçu çoxdu, kiminlə istəyirsiniz, danışa bilərsiniz. Yəqin anlaşılmazlıq olub. Buyurun, suallarınızı verin.

- 30 tur arxada qalıb və cəmi 1 qol vurmusunuz. Həm bu göstərici, həm də oyunla bağlı danışardınız?

- Qol vurmağımla bağlı məsələ haqda danışmaq istəmirəm. Futbolda belə məqamlar da olur. Bir məsələni xatırladım ki, iki fərqli çempionatda bombardir olmuşam. Ən yaxşı oyununu göstərmək istədiyin vaxt bu səndə alınmır və sonluq belə olur.

- Konkret sizdə niyə alınmır? Bəlkə hələ də komandaya uyğunlaşa bilməmisiniz?

- Səbəblər çoxdu. Bunları sadalaya bilmərəm, problemlərim var idi. Mövsümün əvvəlində və ortasında ciddi zədələr aldım. Bir müddət meydandan kənarda qaldım. Açığı, problemlər çoxdu. Amma qol vura bilməməyimlə bağlı xüsusi səbəb yoxdu.

- Bəs yenilgiylə bağlı nə düşünürsüz?

- Azərbaycanın ən yaaxşı klubuna qarşı oynadıq. Çalışdıq, mübarizə apardıq. Amma nəticə istədiyimiz kimi olmadı. Qələbə qazanmaq istəyirdik.

- “Qarabağ” imkan vermədi, yoxsa zəif çıxış etdiniz?

- Bunun 2 səbəbi olur: ya sən rəqibdən zəifsən, ya da rəqib səndən güclüdü.

- “Qarabağ”ın heyətində kimisə fərqləndirmək istərdiniz?

- Kiminsə adını çəkmək istəməzdim. Onlar kollektiv şəkildə oynayırlar. 4-5 futbolçuları var ki, fərqlənirlər. Lakin kollektiv oyuna üstünlük verirlər.

- 4-5 həftə əvvəl Bolqarıstan mətbuatı sizi ən uğursuz legioner adlandırmışdı. Bu haqda nə deyə bilərsiz?

- Heç nə demək istəmirəm.

- Yarımmüdafiədə oyununuz yaxşı alınır. Bəlkə hücumda yox, elə yarımmüdafiədə çıxış edəsiniz?

- Hər şey baş məşqçinin qərarından asılıdı. O harda oynamağımı istəsə, orda da çıxış edəcəm. Mövsüm ərzində hücumda, yarımmüdafiənin cinahlarında və mərkəzində oynamışam. Açığı, yarımmüdafiədə oynamaq daha rahatdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail