Aqil Məmmədov: "Artıq bu haqda heç nə deməyəcəm, danışmayacam" - MÜSAHİBƏ

17.04.2016 | 3314 dəfə oxunub

"Neftçi" Azərbaycan Premyer Liqasının XXX turu çərçivəsində öz meydanında "Qarabağ"a (1:2) məğlub olduğu oyundan sonra komandanın qapıçısı Aqil Məmmədov jurnalistlərə müsahibə verib: 

- Məşhur televiziya tamaşasında deyildiyi kimi, “Neftçi” yenə uduzdu...

- Uduzsaq da, komanda olaraq pis oynamadıq. Uşaqlar sona qədər əllərindən gələni etdilər. “Qarabağ” da səviyyəli, güclü komandadı. Təkbətək epizodlarda onların futbolçularının üstünlüyü var idi. Qələbə münasibəti “Qarabağ”ı təbrik edirəm. Komandamız əlindən gələni etdi. İkinci qol ofsayddan vurulmuşdu.

- Yenə “Neftçi”nin əleyhinə hakim səhvi?

- Artıq bu haqda heç nə deməyəcəm, danışmayacam.

- Oyundan sonra klub rəhbərliyi paltardəyişmə otağında komanda üzvlərinə nə dedi?

- Bizi tərbik etdi.

- Nə ilə bağlı?

- Yaxşı oynadığımıza görə.

- Məğlubiyyətə görə irad bildirmədilər?

- İradlarını bildirəcəklər. Amma matç indi bitib və mübarizliyimizə görə bizi tərbik etdilər. Qarşıda oyunlarımız var. Fuutbolçuların əhval-ruhiyyəsini qaldırmaq üçün bizə dəstək oldular. Həmin görüşləri unutmaq olmaz. Dedilər, yaxşı oynamaq lazımdı.

- Sizcə, çıxış yolu budu?

- Başqa yolumuz var ki?

- “İnter”lə “Zirə”yə avokuboklarda iştiraka icazə verilmədi və “Neftçi” üçün əla şans yaradılıb. Amma siz də turdən-tura geriləyirsiniz?

- Rəqiblərin oyununa baxmaq lazım deyil. Öz çıxışımız haqda düşünməliyik. Elə etməliyik ki, bu şansdan istifadə edək. Bunun üçün də qələbə qazanmalıyıq. Yenə deyirəm, uşaqlar yaxşı oynadılar.

- Bu cür gedişat sizi yormur?

- Əlbəttə, qələbə qazanmaq istəyirik. Bunun üçün mübarizə də aparırıq. Hər şey qaydasındadı. Yaxşı olacağına inanırıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail