Səlahət Ağayev: "Uduzanda əsəbi olursan" - MÜSAHİBƏ

18.04.2016 | 3679 dəfə oxunub

"Sumqayıt"ın qapıçısı Səlahət Ağayev Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində AZAL-a qarşı keçirdikləri səfər oyunundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

- Məğlubiyyətinizi nə ilə izah edərdin?
- Mənim fikrimcə, yaxşı oynadıq. Hətta rəqibdən daha yaxşı çıxış etdik. Amma qələbə onlara qismət oldu. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Biz də qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Amma son nöqtəni qoya bilmədik.

- Demək olar ki, bu oyunda uğur sizdən üz döndərmişdi?
- İstənilən halda artıq bu oyunu unutmalıyıq. Növbəti matç barədə düşünməliyik.

- Siz penaltini qaytarmaqla hesabın 0:2 olmasına imkan vermədiniz...
- Qapıçının işi rəqibin qol vurmamasına imkan verməməkdi. Mən də öz işimi gördüm.

- Matçın sonu gərgin keçdi. Siz Murad Səttarlı ilə nəyi bölüşə bilmirdiniz?
- Uduzanda əsəbi olursan. Muradla münasibətlərimiz yaxşıdır, heç bir problemimiz yoxdur. Yığma komandanın oyunçularıyıq. Nə oldusa, meydanda da qaldı.

- Qaydanı Murad pozduğu halda, hakim sizə sarı vərəqə göstərdi...
- Mən bu barədə heç nə deyə bilmərəm.

- Bəs Vaqif Cavadovla Qvanzav Maqomedov arasında nə baş vermişdi?
- Legioner futbolçunun yerli oyunçunu söyməsi heç kimin xoşuna gəlməz. Bura gəlmisənsə, futbolunu oynamalısan. Əcnəbi futbol oynamaq əvəzinə, bizi söyəcəksə, bu, mənə də xoş deyil. Vaqifin yerinə mən də olsaydım, elə edərdim.

- Sizcə, niyə elə vəziyyət yarandı?
- Onlar bura futbol oynamağa gəliblər, diqqətli olmalıdırlar. Belə hərəkətlərə yol vermək olmaz. Kim də nə edirsə, cavabını almalıdır. Mən nə edə bilərəm?

- Qarşıda sizi "Kəpəz"lə oyun gözləyir. Uğursuz gedişata son qoya biləcəksiniz?
- Ümid edirəm ki, qələbə bizə qismət olacaq. Yaxşı hazırlaşmağa çalışacağıq və meydana qələbə üçün çıxacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail