"Zirə"nin prezidenti açıqladı: Bonilla qalır, yoxsa gedir?

19.04.2016 | 3855 dəfə oxunub

“Zirə”nin prezidenti Vüqar  Astanov Klublar Komitəsnin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb. Stadium.Az klub prezidentinin müsahibəsni təqdim edir:

- İndi hamını bir sual maraqlandırır: “Zirə” Avrokuboklara vəsiqə qazansa, turnirdə iştirak edəcəkmi? Çünki örən gün AFFA-nın baş katibi Elxan Məmmədov açıqlama verib ki, “Zirə” Avrokuboklara getməyəcək...

- Biz öz üzərimizdə düşəm bütün işləri görürük. Sənədləri toplamaq, lisenziya almaq kimi. Lazımi orqanlara bütün sənədləri təqdim etmişik. İndi gözləyirik ki, mayın ortalarında UEFA-dan cavab gəlsin. İndi də Elxan Məmmədovla danışdım, eyni söhbət oldu. Sadəcə mayın ortalarına kimi gözləməliyik.

- Bəs Elxan Məmmədov nə üçün belə açıqlama verib?

- Bunu onun özündən soruşsaz yaxşı olar. Bu barədə nəsə deyə bilmərəm.

- Nelson Bonilla çox yaxşı çıxış edir. Növbəti mövsümdə də onu “Zirə”də görə biləcəyik?

- Nelsonla 1+1 sistemiylə müqaviləmiz var. Mövsümün sonunda onunla bu barədə danışacağıq. Razılıq əldə oluns abizdə qalacaq.

- “Zirə”nin Mingəçevirə köçəcəyiylə bağlı mətbuatda xəbərlər yayılıb. Bu, nə dərəcədə doğrudur?

- Yox, belə bir söhbət yoxdu və ola da bilməz. Adından da göründüyü kimi, “Zirə” bu qəsəbənin komandasıdır. Zirə qəsəbəsi elə əyalət kimi bir yerdir. Komandanı başqa bir yerə aparmaq fikrimiz də yoxdur.

- “Zirə” yeni mövsümdə də eyni heyətlə davam edəcək?

- Bəli. Bizim baş məşqçi dəyişmək fikrimiz yoxdur. Heyəti dəyişmək yox, ancaq gücləndirə bilərik.

- Düşünmürsüz ki, Avrokuboklara vəsiqə qazanmasaz, heyət dağıla bilər?

- Yox. Çünki biz mövsümün əvvəlində bunu planlaşdırmamışdıq. Belə bir məqsədimiz olmayıb.

- “Kəpəz” və AZAL Avrokuboklara gedərsə və sizdən yayda müvəqqəti olaraq futbolçu istəsə buna razılıq verəcəksiz?

- Yəqin ki, bununla bağlı problem olmaz. Ancaq belə bir təklif olsa, yenə də müzakirə olunmalıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail