Tuyqun Nadirov: "Bizim əsas problemimiz FİFA-nın tətbiq etdiki sanksiyalardır" - MÜSAHİBƏ

19.04.2016 | 4908 dəfə oxunub

“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov Klublar Komitəsinin iclasından sonra jurnalistlərə müsahibə verib. Stadium.Az bu müsahibəni təqdim edir:

- “Xəzər Lənkəran” hər mövsümə iddialı başlayır. İnanıram ki, yeni mövsümdən də belə olacaq. Ötən ilin qış aylarıyla indiki durumumuz fərqlidir. Zamanla hər şey qaydasına düşür. Biz problemlərimizin hamısını həll edəcəyik. Bizim əsas problemimiz FİFA-nın tətbiq etdiki sanksiyalardır. Çünki bəzi tələblərini hələ yerinə yetirməmişik. FİFA bizə cəzalat tətbiq edib və bizdə pul tapana kimi həmin futbolçularla daimi olaraq əlaqə saxlayırıq ki, bir daha aramızda problem olmasın və başqa cəzalar gəlməsin. Bunu etiraf etməliyik ki, “Xəzər Lənkəran”ın əsas problemi ödəniləcək borclarla bağlıdır. Bütün yaş qruplarımız çempionatlarda uğurla çıxış edirlər. Az qala bütün klublarda bizim yetirmələrimiz var. Əsas komandamızda  da akademiyamızın üzvləri çıxış edir.

- Komanda yeni mövsümdən güclənsə və idialı olsa baş məşqçi dəyişikliyi olacaq?

- Bu barədə hələ müzakirə olmayıb. Bu gün iclasda da bildirdilər ki, indiki heyətlə komandamız daha mübariz çıxış edir. Nəinki iddialı vaxtlarda legionerlərlə oynadığımız zaman. Ümid edirəm ki, problemlər geri qalar və yeni mövsümdən daha iddialı çıxış edərik. Təbi ki, hazırda komandamızda hər mövqeyə bir futbolçu cəlb edilməlidir.

- Bu barədə klubun fəxri prezidenti Mübariz Mənsimovla danışıq olub?

- Mübariz müəllim klubun əsas sponsorunun rəhbəridir. O, öz sevimli klubuyla bağlı bütün məlumatları alır. Ancaq klubun idarə heyəti var və prezidentimiz Mais Mənsimovdur. İndi kimlərsə görüntü yaratmaq istəyirlər ki, “Palmali” “Xəzər Lənkəran”a sponsorluq etmək istəmir, Mübariz Mənsimov klubdan əl çəkir və.s. Bunların hamısı məqsədli şəkildə klubumuza qarşı edilən hərəkətlərdir. Biz kluba bəzi sponsorlar cəlb etmişik və yaxınlarda yeni sponsorlar da görəcəksiz. Halbuki onların “Palmali”yə heç bir aidiyyatı yoxdu. İndi klubun heç bir problemi yoxdu. Nə maaş, nə avtobus, nə də hansısa təchizatla bağlı.

- İndi “Xəzər Lənkəran”ın nə qədər ödənilməli borcu qalıb?

- 600-700 min civarında. Burda avro da var, dollar da. Devalivasiyadan sonra isə bu məbləğ milyon manatı keçib. İndiki zamanda bu məbləği də sponsordan tələb etmək yaxşı hal deyil. Çünki hər yerdə problem var. İndi hansısa şirkət durub desə ki, dünyada gedən proseslərin bizə təsiri yoxdu demək, o şirkət düzgün işlərlə məşğul deyil. Əsas odur ki, geridə qalan zamanda biz bütün infrastrukturumuzu qurmuşuq. Biz bu gün stadionumuzu bankda girov qoyub bu borcu bir dəqiqəyə baqlaya bilərik. Ancaq bunun da məsuliyyətini dərk edirik. Gərək banka da o pulu qaytarmağı düşünək. Biz yarandığımız 10 ildə istədiyimiz  titulları qazanmışıq. İndi borca xərcə girib o pulu ödəyək, sonra da pis vəziyyətdə qalaq, bunu istəmirik. Dünya praktikasında belə hallar yaşanıb və həmin klublar müflisləşib. Klubu belə işlərdən uzaq tutmaq lazımdı.

- Yeni sponsorlar klubun I dviziona yuvarlanmasından qaçmazlar ki?

- “Xəzər Lənkəran” böyük camiədir. Götürək elə “Nar Mobile”ni. Onlar bizə bildirdilər ki, bizimlə əməkdaşlıq etdikdən sonra Cənub bölgəsində satışları xeyli artıb. Əsas odur ki, yeridə saymayasan.

- Artıq Elnur Cəfərovu “Xəzər Lənkəran”ın futbolçusu saymamaq olar?

- Bəli. Biz şadıq ki, akademiyamızın Elnur kimi istedadlı futbolçusu yetişib. Onun atası da bizim komandamızda çıxış edib. İndi onun gənc övladı “Xəzər Lənkəran”da oynayıb İspaniya klubuna transfer edilirsə bu məqam bizim üçün çox xoşdur. Bu, akademiyamızın gördüyü işlərin nəticəsidir. Burda əsas udan “Xəzər Lənkəran” və Azərbaycan futboludur. İndi Elnur İspaniyada böyük pul qazanmayacaq, amma normal əmək haqqısı da olacaq.

- Sizin 3 futbolçunuz U-17 millisində çıxış edəcək. Bu məqam sizə problem yaşatmayacaq?

- Buna baş məşqçimiz və AFFA rəhbərliyi qərar verir. Nə qədər problem yaşatsa belə, biz bütün klublar ölkə futbolunun inkişafı üçün çalışırıq və milli üçün əlimizdən gələni etməliyik.

Azərbaycan çempionatında bəzi klublar bizə İspaniya klubunun verdiyi puldan daha çox məbləğ ödəməyə hazır idi. Ancaq biz Elnuru daha çox pula satmaq istəyirdik, yoxsa onu ölkə futboluna qazandırmaq istəyirdik? Klubumuzun prezidenti Mais müəllim də bildirdi ki, daha az məbləğ olsun, amma Elnuru İspaniya klubuna sataq. Elnur imic baxımından bizə daha çox pul qaandıracaq.

- “Xəzər Lənkəran” daha çox pullu vaxtlarında böyük uğurlar qazana bilmədi. Çətin ki, o zamanlar qayıda. Bu uğursuzluqların hesabatını kim verəcək?

- Bunu heç kim deyə bilməz. Bu gün hansısa klub Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazana, sabah isə dağıla bilər. O zaman o klubun ölkə futboluna xeyiri nə olacaq?

Biz Avropa Liqasında güclü heyətlə oynadığımız zaman rəqibimiz Zaqreb “Dinamo”su olub. Həmin komandadan isə indi Modriç kimi futbolçu “Real”da oynayır. Biz bu 10 ildə mümkün bütün titulları qazanmışıq və klubun yaşaması, ayaqda qalması üçün bütün şəraiti yaratmışıq. İndi məhz bunun sayəsində “Xəzər Lənkəran” ayaqdadır. “Xəzər Lənkəran” şəxsi büdcədən aliyələşən klubdur. Biz dövlət klubu deyilik. Hesabat da ancaq Mübariz Mənsimova verilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail