Yaşar Seyidov: "Bu müqavilələri bağlayan insanların futbol anlayışı olmayıb" - MÜSAHİBƏ

19.04.2016 | 3300 dəfə oxunub

"Bakı" klubun vitse-prezidenti Yaşar Seyidovun müsahibəsni təqdim edirik:

- Vaxtı ilə futbolçularla həmin müqavilələri bağlayan, bu işlərlə məşğul olan insanlar bu vəziyyətdə klubun yanında olmalıdır. Onların bu problemlərin həll olunması üçün kömək etməlidirlər.

- Konkret olaraq kimləri nəzərdə tutursunuz?

- Ad çəkmək etik cəhətdən düzgün olmaz. Siz yazanda özləri biləcək. Bu müqavilələri bağlayan insanların futbol anlayışı olmayıb. Bir futbol adamı kimi xəcalət çəkirəm ki, bu məsələlər mənim işlədiyim klubda baş verir. Akademiyamızın uşaqlarına heyfim gəlir. Onlar zülmlə xallar qazanıblar. Futboldan anlayışı olmayan adamlara futbolu tapşıranda nəticə belə də olmalı idi.

- Bundan sonra necə olacaq?

- Komanda hələ ki, çıxışlarını davam etdirəcək. Bu məsələlərlə bağlı klub prezidenti Hafiz Məmmədovla danışacam. Bir qərar qəbul olunmalıdır. Həm klub, həm də AFFA rəhbərliyi bir araya gəlib, vəziyyətdən çıxış yolu tapmalıdır. Klubun gələcək taleyi ilə bağlı məsələlər həll olunmalıdır. Belə olmaz. Bu gün Azərbaycanda futbolu yaşamaq uğrunda mübarizə aparır. Bizim futbol akademiyamızda 300-ə qədər uşaq var. Milli komandalara 45 futbolçu vermişik. Ancaq bu klub heç kimi maraqlandırmır. Müraciət etmədiyim qurum qalmayıb. Milli Məclisə, depütatlara, AFFA prezidentinə, Gənclər və İdman Nazirliyinə və digər qurumlara müraciət etsəm də, bir faydası olmayıb. Artıq qərara gəlmişəm ki, beynəlxalq qurumlara müraciət edim. Bütün sənədləri hazırlamışam. Yaxın günlərdə bununla bağlı mətbuat konfransı keçirəcəm. Başqa yolumuz yoxdur. Söhbət 300 uşağın taleyindən gedir. Akademiya bağlansa, həmin 300 uşaq idmanı atacaq və pis vərdişlərə yiyələnəcək. UEFA və FİFA-ya da müraciət edəcəm. Bildirəcəm ki, milli komandalara 45 futbolçu verən bir kluba heç bir dəstək yoxdur.

- Sizcə, həmin qurumlar “Bakı”nın taleyi ilə maraqlanacaq?

- Bəlkə də onlar uşaq futboluna qayğı göstərərlər. Azərbaycanda uşaq futbolu heç kimi maraqlandırmır. Düşünürəm ki, bəlkə, bizdə olmayan humanistlik başqa ölkələrdə var? Bəlkə, onlar 300 uşqağın taleyinə bizdən fərqli olaraq vicdanla yanaşacaqlar? Əgər onlar da bir reaksiya verməsə, artıq akademiyamızın bağlanması ilə barışmalı olacağıq. Bu, tək Yaşar Seyidovun problemi deyil ki. Axı “Bakı”nın akademiyası Azərbaycana bu qədər futbolçu bəxş edir. Ötən il üç yaş qrupu üzrə komandamız ölkə çempionu olub. Sanki bu boyda klubun batmağını heç kim görmür. Mənim başqa çıxış yolum olmadığından beynəlxalq təşkilatlara müraciət etmək qərarına gəlmişəm.

 - “Bakı” növbəti sanksiya ilə üzləşə bilər? Yəni klubun borclu qaldığı futbolçular yenə var?

- Hələ bəzi problemli məsələlər var.

- Klubun akademiyasında vəziyyət çox acınacaqlıdır?

- Bəli. Mənim həyəcanım milli komandalarda çıxış edən futbolçularla bağlıdır. Hamı uşaq futbolundan ı danışır, toplantılar keçirirlər, ancaq bu gün Azərbaycanda bu sahədə vəziyyət Afrikadakı kimidir. Əgər gənclər millimizin oyunçusu bu gün məşq etməyə top tapmırsa, Afrika ilə bizim nə fərqimiz var?  (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail