Tino Peres: "Bu sualı müvafiq funksionerlərə verməyiniz lazımdır" - MÜSAHİBƏ

20.04.2016 | 3478 dəfə oxunub

Futzal üzrə Azərbaycan yığması ilə yollarını ayıran ispaniyalı mütəxəssis Tino Peres müsahibəsni təqdim edirik:

- Siz millimizin baş məşqçi postunu həqiqətən də ailə vəziyyətinizə görə tərk edirsiniz?

- Bəli. Ailəsiz yaşamaq çox çətindir.

- Bu, yeganə səbəbinizdir? Bir müddət öncə siz müsahibənizdə Azərbaycanda futzalın inkişafı yönündə heç bir addım atılmadığını demişdiniz...

- Azərbaycanı tərk etməyimin yeganə səbəbi ailə vəziyyətimdir. Bundan sonra ailəmə daha yaxın olmaq istəyirəm.

- Deməli, bundan sonra İspaniyada çalışacaqsınız?

- Hələ bu barədə heç nə deyə bilmərəm. Hələ bir müddət istirahət etməli olacağam. Ondan sonra iş barədə düşünmək olar.

- Ölkəmizi hansı hisslərlə tərk edirsiniz?

- Yaxşı. Şadam ki, Azərbaycan yığmasında işləmək mənə nəsib oldu. AFFA-nın baş katibi Elxan Məmmədov, futzal federasiyasının prezidenti Zaur Axundov sağ olsun ki, məni bura dəvət etdilər, inandılar.

- İndiki komandanı məhz siz formalaşdırmısınız. Sizə elə gəlmir ki, yeni baş məşqçi üçün bu komandaya qısa vaxt ərzində uyğunlaşmaq, Kolumbiyadakı dünya çempionatında uğur qazanmaq çətin olacaq?

- Mənə ancaq yeni baş məşqçiyə uğurlar arzulamaq qalır. Azərbaycanın güclü komandası var. Bu komanda Kolumbiyada uğur qazana bilər.

- Bəs boşaltdığınız posta kimin gətirilməsini məsləhət görərdiniz?

- Bu sualı müvafiq funksionerlərə verməyiniz lazımdır. Çünki buna onlar qərar verəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail