Vaqif Sadıqov: "“Bakı” ümumi futbolumuza dəstək verən klublardan biri idi" - MÜSAHİBƏ

21.04.2016 | 2975 dəfə oxunub

AFFA Məşqçilər Komtəsinin sədri Vaqif Sadıqovun müsahibəsini təqdim edirik:

- Bu gün AFFA-nın baş katibi Elxan Məmmədovla Məşqçilər Komitəsinin görüşü oldu. Hansı məsələlər müzakirə olundu?

- Demək olar ki, çox mövzudan danışdıq. İlk növbədə I divizonla bağlı müzakirələr etdik. Divizon klubları ilə görüşümüzdən hesabat verdik. Bəzi tövsiyyələr oldu. Aprelin 29-da aşağı dəstə təmsilçiləri ilə növbəti görüşümüz olacaq. Bundan sonra rəhbərliklə növbəti müzakirələrimiz olacaq. U-17-lərin Bakıda keçiriləcək çempionatı haqda  da fikir mübadiləsi apardıq. Bundan başqa U-15 millimizin yaradılması məsələsi öz həllini tapdı. 

- Bir neçə gün əvvəl I divizion klublarının bir neçəsi ilə görüşünüz oldu. Onların durumu necədir? 

- Bilidiyiniz kimi, orada əsas problemlər lisenziya məsələsi ilə bağlıdır. Klublar lisenziya ala bilmədiyi üçün yüksək liqaya çıxa bilmir. Təəssüf ki, I divizion klubları peşəkarcasına fəaliyyət göstərə bilmirlər. Klub rəhbərləri ilə çıxış yollarını axtarırıq. Elxan Məmmədovla bügünkü görüşümüzdə də ən çox vaxt aparan məsələ bu oldu. 

- Lisenziya məsələsində AFFA klublara kömək edə bilər?

-Təbii ki, klubların özündən çox şey asılıdr. AFFA tərəfindən hər bir kluba böyük dəstək var. Ancaq idarəetməni yüksək səviyyəyə çatdırmaq klubdaxili məsələlərdir.

- Razısınız ki, bu gün I divizionla Premyer Liqa arasında böyük fərq var?

- Bəli, biz bunu da təhlil edirik. I divizionda çıxış edən heç bir futbolçu Premyer Liqa klubunun maraq dairəsinə düşmür. Bu, ən böyük problemlərdən biridir. 

- I divizionda həvəsləndirici nəsə etmək olar?

- Bununla bağlı müzakirələrimiz olub. Futbolçuları hər hansı bir yolla motivasiya etmək lazımdır ki, daha istəkli olsunlar, yaxşı oynasınlar. Onların inkişaf etməməsi bizi narahat edir.Biz I divizionu elə-belə keçirmək istəmirik. İstəyirik ki, orada güclü rəqabət olsun. O rəqabətdən çıxan yeni simalar olsun və onlar Premyer Liqaya da dəvət olsunsunlar. Hesab edirəm ki, bunun yollarını tapacağıq.

- “Zirə” Premyer Liqada debüt ilində hər kəsin yaxşı mənada  təəcübünə səbəb oldu. Bu gün I dizizionda belə komanda yenə varmı?

- Əslində bəzi klubların infrastruku yaxşıdır.  “Zaqatala”, “Turan Tovuz”, “Mil-Muğan” kimi bazası, bir neçə meydançası olan komandalar var. İndi onlar UEFA-nın tələblərinə cavab verən lisenziyalar almalıdırlar. Ümumiyyətlə, I divizion klubları məqsədsiz oynamamalıdır. Onlar düşünməlidirlər ki, çempion olub Premyer Liqaya yüksələ bilərlər. İlk növbədə təşkilatı məsələləri həll etməli, daha sonra idman prinsipinə əsaslanıb işlər görülməlidir.  Əgər ı diviziondan Premyer Liqaya heç bir futbolçu gələ bilmirsə, təbii ki, aşağı dəstənin inkişafından söhbət gedə bilməz. 

- 17 yaşadək futbolçulardan ibarət millimizin may ayında Bakıda keçiriləcək Avropa çempionatında çıxışından nə gözləmək olar?

- Məşqçilər Komitəsi olaraq futbolçularla görüşürük. Onların iş prosesini nəzarətdə saxlayırıq. Hamımız U-17-lərin ətrafında birləşməliyik. Futbolçulara bildirmişik ki, Allahın sizə verdiyi bu şansdan istifadə etməlisiniz. Hər futbolçuya Avropa çempionatında iştirak etmək nəsib olmur. Avropanın ən güclü komandaları Bakıya gələcək. Nə dərəcədə güclü olduğumuzu sübut etməliyik.  Son üç ildə böyük qayğı göstərilən yığmamızdan məzmunlu oyun və nəticə gözləyirik. Belə olsa, biz gələcəyə nikbin baxa biləcəyik. Heç bir komandadan çəkinmək lazım deyil. Əksəriyyəti ilə yoldaşlıq oyunu keçirmişik. Bu gün bizim millimiz hər bir rəqiblə başabaş mübarizə apara bilər. 

- Aşağı yaş qrupları üzrə bir neçə yeni komandalar yaradıldı. Ümumi olaraq Azərbaycanda uşaq futbolunun səviyyəsini necə qiymətləndirmək olar? 

- Bununla bağlı tövsiyyə paketi hazırlayırıq. Xeyli görülməli işlər var. AFFA tərəfindən təşkil olunan yarışlar imkan verir ki, aşağı yaş qrupları üzrə komandalarımız özlərini göstərsinlər. Düzdür, problemsiz sahə yoxdur. Bu problemləri görüb, onu aradan qaldırmaq lazımdır. Bizim işimiz də bundan ibarətdir. Gördüyünüz kimi, bizdə 15, 16, 18 və 20 yaşlılardan ibarət yığma komandalar  yaradıldı. Deməli, biz aşağı yaş qruplarından olan futbolçuların ən yaxşılarını bir yerə toplayıb nəzarət altında saxlaya biləcəyik. Futbolçular da öz işlərində məsuliyyətli olmalıdır. 

- Bəzi klublarımızın akademiyası aşağı yaş qrupları üzrə milli komandalarımıza xeyli futbolçu yetişdirir. Onlardan biri də “Bakı”dır. Rəhbərliklə görüşünüzdə  bu klubun acınacaqlı durumu da müzakirə olundumu?

- “Bakı” bizə yad deyil. Klubun vitse-prezidenti Yaşar Seyidov tərəfindən bizə də xeyli müraciətlər olub. Hər dəfə hər hansı bir qayğı göstərilib, kömək olunub. Bundan sonra da belə olacaq. Bu gün də “Bakı”nın durumu müzakirə etdik. Buna hamımız təəssüflənirik. “Bakı” aşağı yaş qrupları üzrə  millilərimiz üçün xeyli futbolçu yetişdirib. Heç kim “Bakı”nın halına biganə qala bilməz. “Bakı” ümumi futbolumuza dəstək verən klublardan biri idi. Hər görüşümüzdə bu ətrafda fikir mübadiləsi aparırıq. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail